Bütün xəbərlər
Daha bir nişan yarımçıq dayandırıldı, 10 nəfər cərimələndi
Tarix: 01-05-2021 14:36 | Bölmə: Karusel

                    Daha bir nişan yarımçıq dayandırıldı, 10 nəfər cərimələndi


Lənkəranın Boladı kəndində nişan mərasiminin təşkil edilməsi müəyyən olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.
Həmin məclisin iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub.
10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər