Bütün xəbərlər
Onlar yenidən AMEA-da direktor oldular
Tarix: 01-05-2021 14:12 | Bölmə: Karusel

                    Onlar yenidən AMEA-da direktor oldular


Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bir sıra kadr məsələlərinə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AMEA məlumat yayıb.
Bildirilib ki, Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, professor Məmməd Əliyev isə Mərkəzi Elmi Kitabxananın baş direktoru vəzifələrinə təsdiq ediliblər.
Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinə rəhbərlərin təsdiqlənməsinə dair qərar qəbul olunub.


Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər