22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Nazir direktoru işdən çıxardı
Tarix: 28-04-2021 20:40 | Bölmə: Karusel

                 Nazir direktoru işdən çıxardı


Qubada məktəb direktoru işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, çalışmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq rayonun İspik kənd tam orta məktəbinin direktoru Kərimov Bəxtiyar Ağakərim oğlu vəzifəsindən azad edilib.
Qeyd edək ki, B.Kərimov təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən Fəxri fərmanla təltif olunub.



Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər