22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ağdaşda üç məktəb distant təhsilə keçdi
Tarix: 24-04-2021 21:03 | Bölmə: Karusel

                  Ağdaşda üç məktəb distant təhsilə keçdi



Ağdaşda üç orta məktəb distant təhsilə keçib.
"Qafqazinfo" xəbər verir ki, bunlar Bəkir Nəbiyev adına şəhər 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəbləri və rayonun ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü humanitar gimnaziyadır.
Adıçəkilən təhsil ocaqlarının müəllim və şagirdlərdən bir neçəsinin COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərslərin distant təhsilə keçirilməsinə qərar verilib. Bununla əlaqədar dərhal məktəb rəhbəliyi, şagird və valideynlər xəbərdar edilib.





Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər