22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Şuşada çox sayda silah-sursat aşkarlandı
Tarix: 24-04-2021 21:01 | Bölmə: Karusel

                  Şuşada çox sayda silah-sursat aşkarlandı



Şuşa şəhəri ərazisindən partlamamış silah-sursatlar aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, silah-sursatlar Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı tapılıb.
Belə ki, 11 ədəd müxtəlif növ raket qurğusu, dörd ədəd qumbaraatan, bir ədəd avtomat, 14 ədəd müxtəlif növ qumbara, dörd ədəd qumbarataatan mərmisi, 32 ədəd avtomat darağı, bir ədəd rabitə qurğusu, 19140 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər