Akademik Hətəm Quliyev vəfat edib
Tarix: 22-04-2021 13:09 | Bölmə: Karusel

                    Akademik Hətəm Quliyev vəfat edib


Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri Hətəm Quliyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, akademik ötən gün 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, H. Quliyev 1947-ci ildə Füzuli rayonunda dünyaya gəlib. Onun əsas nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər
7-05-2021, 18:15 Ölənlərin sayı azaldı
5-05-2021, 21:05 Yoluxanların sayı artdı