Bütün xəbərlər
MSK-nın tərkibi yenidən formalaşdırılır
Tarix: 21-04-2021 22:53 | Bölmə: Karusel


               MSK-nın tərkibi yenidən formalaşdırılırSiyasət


Mərkəzi Seçki Komissiyasının yeni tərkibi yaxın günlərdə formalaşdırılacaq.
“Qafqazinfo”nun məlumatına görə, artıq bu barədə parlamentdə təmsil olunan bəzi partiya sədrlərinə MSK tərəfindən rəsmi məktub gəlib.
Onlardan üzvləri müəyyənləşdirərək, komissiyaya təqdim etmək istənilib.
Üzvlər müəyyənləşdirildikdən sonra MSK tərəfindən yeni siyahı təsdiq edilmək üçün yaxın günlərdə Milli Məclisin müzakirəsinə göndəriləcək.
Qeyd edək ki, ötən il parlamentə növbədənkənar seçkilər keçirilib. Son seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının tərkibi yenilənməyib.
MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın altı üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, altı üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), altı üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər