Bütün xəbərlər
Sumqayıtda güclü partlayış, xəsarət alan var
Tarix: 19-04-2021 23:25 | Bölmə: Karusel

                    Sumqayıtda güclü partlayış,xəsarət alan var



Sumqayıt şəhərində güclü partlayış olub.
Unikal.org xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan  hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.
Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.
Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər