Bütün xəbərlər
Millimiz darmadağınla qalib gəldi
Tarix: 14-04-2021 23:36 | Bölmə: Karusel

                    Millimiz darmadağınla qalib gəldi


Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
"Qafqazinfo" xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio da Silvanın çalışdırdığı kollektiv doğma meydanda Yunanıstan yığması ilə qarşılaşıb.
Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı. Buna baxmayaraq, yığmamız bu oyundan da böyük hesabla qalib ayrılıb.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
14 aprel

Azərbaycan – Yunanıstan 4:0
Qol: Fineo, 3. Q.Panayotis, 14-öz qapısına. İ.Atayev, 16. R.Çovdarov, 25.
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna).
Bakı İdman Sarayı.


Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər