Bütün xəbərlər
Məktəblini maşın vurub öldürdü
Tarix: 12-04-2021 19:39 | Bölmə: Karusel

                Məktəblini maşın vurub öldürdü



Şəkidə velosipedçini avtomobil vuraraq öldürüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Əsəbəli Tütünçüyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, velosipedlə yolu keçmək istəyən Böyük Dəhnə kənd sakini, 11-ci sinif şagirdi Məhəmməd Namazovu vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər