Bütün xəbərlər
Daha bir cüdoçumuz medal qazandı
Tarix: 02-04-2021 22:58 | Bölmə: Karusel

                     Daha bir cüdoçumuz medal qazandı


Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.
"Qafqazinfo" xəbər verir ki, yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Danial Stepien (Polşa) və Din Gemeri (İsrail) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Vədat Albayrak (Türkiyə) ilə dueldən məğlub ayrılıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli David Karapetyanla görüşməli idi. Rəqibi tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. 3-cü yer uğrunda qarşılaşmada italiyalı rəqibi Antonio Espozitoya qalib gələn cüdoçumuz bürünc medal qazanıb.
Beləliklə ardıcıl iki nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb. Bu gün tatamiyə çıxan digər iki cüdoçumuz - Zelim Çkayev(-81 kq) və Günel Həsənova(-70 kq) ilkin mərhələdə uduzub.
Qeyd edək ki, ilk yarış günündə 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal əldə edib.
Böyük Dəbilqəyə aprelin 3-də yekun vurulacaq. Milli komandamız turnirdə 13 cüdoçu ilə təmsil olunur.
 


Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər