22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
ABŞ-ın bu ştatında ölüm hökmü ləğv olundu
Tarix: 25-03-2021 10:36 | Bölmə: Karusel

                    ABŞ-ın bu ştatında ölüm hökmüləğv olundu



ABŞ-ın Virciniya ştatının rəhbərliyi ölüm hökmünə qadağa tətbiq edib.
Unikal.org xəbər verir ki, müvafiq yerli qərar Demokratlar Partiyasını təmsil edən qubernator Ralf Nortem tərəfindən imzalanıb.
Bununla da Virciniya ölüm cəzasını qadağan edən 23-cü ABŞ ştatı olub. Bu qərar ştatda Demokratlar Partiyasının müraciəti ilə qanunla təsdiqlənib.
Edam cəzası Virciniyada 17-ci əsrdə Köhnə qitədən köçənlərin koloniyalar qurmasından bəri təxminən 1400 dəfə tətbiq edilib. Bu, ABŞ-da bu cəza növünün ən yüksək göstəricisidir. Virciniya həm də ABŞ-ın cənubunda ölüm hökmünü qadağan edən ilk ştat olub.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər