Bu obyektlərin fəaliyyəti saat 21:00-dək olacaq
Tarix: 13-03-2020 21:16 | Bölmə: Karusel

                Bu obyektlərin fəaliyyəti saat 21:00-dək olacaq

Sabahdan Azərbaycanda restoran və kafelerin iş rejimində dəyişiklik ediləcək.
"Qafqazinfo" Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Qərarla restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir və saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.
Bundan başqa, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər