Bütün xəbərlər
"İl-20" təyyarəsini tutmaq üçün qırıcı təyyarələri havaya qaldırdı
Tarix: 03-09-2026 18:28 | Bölmə: Karusel


Polşa Baş nazirinin müavini və Milli Müdafiə Naziri Vadislav Kosiniak-Kamış Baltik dənizində beynəlxalq sular üzərində Rusiya "İl-20" təyyarəsinin təkrar tutulduğunu elan etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Polşa rəsmisinin sözlərinə görə, hazırlıq vəziyyətində olan Polşa Hərbi Hava Qüvvələrinin iki qırıcı təyyarəsi Ustka şəhərindən 40 kilometr şimalda havaya qaldırılıb. Kosiniak-Kamış iddia edir ki, təyyarə guya transponderi işə düşmədən uçub. Lakin Polşa Müdafiə Nazirliyinin rəhbəri Polşanın dövlət sərhədinin pozulmasının qeydə alınmadığını etiraf etdi.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə vurğulayıb ki, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin bütün uçuşları beynəlxalq sular üzərində hava məkanının istifadəsini tənzimləyən beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər