Bütün xəbərlər
Ukrayna Baş Prokuroru NABU işi ilə bağlı yeddi işçini işdən çıxarıb
Tarix: 07-09-2026 20:41 | Bölmə: Karusel


 Ukrayna Baş Prokurorluğunun saxta çağrı mərkəzləri ilə bağlı Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) işində iştirak edən əməkdaşları işdən çıxarılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Ruslan Kravçenko məlumat verib.
O, həmçinin NABU istintaqından sonra istefa vermək niyyətində olmadığını da açıqlayıb.
"NABU-nun "Karfagen" işi ilə bağlı yeddi işçi, o cümlədən Beynəlxalq Əməkdaşlıq Departamentinin müdir müavini Sergey Kropiva artıq işdən çıxarılıb".
Kravçenko bunu Ukrayna nəşrinə verdiyi müsahibədə bildirib.
Əvvəllər NABU əməkdaşlarının Baş Prokuror Kravçenkonun ofisində axtarış apardığı bildirilirdi.Detektivlər prokurorların ölkədə saxta çağrı mərkəzlərinə sponsorluq etdiyini təsdiqləyən dəlillər axtarırdılar.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər