Bütün xəbərlər
Rusiyadan Vyetnama turist axını artır
Tarix: 08-09-2026 19:10 | Bölmə: Karusel

"2026-cı ilin ilk səkkiz ayında Rusiyadan Vyetnama turist axını artıq 1 milyon nəfərə çatıb".
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov bunu jurnalistlərə açıqlamasında bildirib.
O, Vyetnama rus turist axınının artdığını qeyd edib.
"Ötən il ərzində təxminən 700.000 rusiyalı Vyetnamda tətil edibsə, bu rəqəm bu ilin ilk səkkiz ayında artıq 1 milyona çatıb".
Nazirin sözlərinə görə, bu, iki ölkə arasında hava nəqliyyatının inkişafı ilə birbaşa bağlıdır.
Əvvəllər bildirilirdi ki, Rusiya Çin və Cənubi Koreya ilə yanaşı, Vyetnama gələn turistlərin sayına görə ilk üç ölkə arasındadır.




Baxış sayı: 18


Bölməyə aid digər xəbərlər