23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Ermənilər Azərbaycan həqiqətlərini qəbul etmirdilər -Qəhrəmanlar ölməzdir
Tarix: 04-01-2018 02:31 | Bölmə: Gündəm

Biz vətənimizin azadlığı uğrunda vuruşan və canlarını fəda edən qəhrəmanlarımızla fəxr edirik. Belə qəhrəmanlar ölməzdir. Onlar əbədi olaraq xalqımızın qəlbində yaşayırlar. Silaha sarılıb vətənimizi müdafiə edən və ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən qəhrəmanlardan biri də Ələsgər Novruzovdur.
Bu günlərdə Pirşağı qəsəbəsindəki qaçqınların və məcburi köçkünlərin yaşadığı düşərgədə Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun ailəsində oldum. Milli Qəhrəmanın həyat yoldaşı Şəkibə Mustafayeva söhbət zamanı bildirdi ki, ermənilər Azərbaycan həqiqətlərini qəbul etmirdilər, Qarabağın onların olduğunu bildirirdilər: “Dörd il idi ki, Xocalıda ermənilər başımıza qrad yağdırırdı. Mən orda 1 saylı kitabxananın müdiri işləyirdim. Bir dəfə kitabxananın qapısını açıb oturmuşdum. Qəzet, jurnallarla məşğul idim. Bizim erməni müdir - Vartes Qriqoryan gəldi. Dedi ki, səndə qəzet var. Orda Ziya Bünyadovun Fəridə Məmmədova ilə birgə məqaləsi çıxmışdı. Həmin məqalədə Qarabağ həqiqətlərindən söhbət gedirdi. Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu halda ermənilər bunu qəbul eləmək istəmirdilər. Ermənilərin bu haqq-hesabları elə qəzetdə çıxan məqalədən qaynaqlandı. Onlar dedilər ki, Qarabağ bizimdi. Əbədi-əzəli torpağımız olub, siz sonradan gəlib Qarabağa yığılmısınız, oranın sakini olmusunuz. Nənəm danışırdı ki, ermənilər Xocalını beş dəfə yandırıblar. Biz ermənilərin yandırmış olduğu o divarları gedib görürdük. Uçuq, yanmış binalardan görürdüm ki, nənəm düz deyir”.
“Dörd il qradın altında qalıb heç yerə çıxmamışıq” deyən Şəkibə xanım söhbətinə davam edir. “Öz yerimizi-yurdumuzu, isti evimizi-eşiyimizi hər şeydən üstün tutmuşuq. Həm də fikirləşmişik ki, torpaq bizimdir, nəyə görə evimizdən çıxmalıyıq. Həmin gün axşam on birə işləmiş dörd tərəfdən fişəng atıldı. Yoldaşım axşam saat 11-də gəldi dedi ki, Noraguh tərəfdən tanklar kəndə girib. Avtomat silahını və patronları götürdü, posta gedirdi. Bir dənə də qumbara mənə verdi. Həmin vaxt mənə dedi ki, gördün bacarmırsan, ermənilər içəri doldular, əsir düşməməkdən ötrü atarsan, siz də ölün, ermənilər də. Mən onun arxasınca çağırdım ki, bizim axır yerimiz hara olacaq. Dedi ki, keçin meşəyə mən də gələcəyəm. Biz qorxurduq. Gecənin şirin vaxtı qrad atırdılar. Ölənlər, yaralananlar da olurdu. Biz evin zirzəmisində gizləndik. Atəş güclənəndən sonra bütün yaşlılar, uşaqlar, əlillər hamısı gəlib bizim alt evə yığıldılar. Bilmirdim ki, o nə silahlardır. Hara nəsə düşürdü çırpılırdım divara”.
Meşədə ermənilərin vəhşiliyi
Həmsöhbətimiz deyir ki, gecə saat 3-ə qədər gözləsə də, yoldaşı qayıtmayıb: “Saat 3-də Murad Məhərrəmov və bir cavan polis işçisi gəldilər bizim yığıldığımız yerə. Dedilər ki, artıq ermənilər yaxınlaşır, çıxın. Orda 100 nəfər olardı. İlis çayını keçib bir yarımçıq binanın altına gəldik. Bir saat da orda qaldıq”.

Soyuq fevral ayı... Qar yağır, şaxta qılınc kimi kəsir... “Qaynımın oğlu Nazim 9-cu sinifdə oxuyurdu, onun əlindən tutmuşdum. Bir də atam yanımda idi. Gəldik Qarqar çayının qırağına. Uşağa nə qədər elədim ayağını soyun, soyunmadı. Hazırda ayağından əziyyət çəkir. Çünki şaxta vurub. Atamla mən ayağımızı çıxarıb çaya girdik. Mənim mədəmin üstünə çıxırdı su. Bütün paltarlarımız suyun içində idi. Ayağıma corab, bir də qaloş geymişdim. Meşənin yarısında gördüm ki, arxadan məni kimsə vurur. Ağlıma gətirmirdim ki, bu, əynimdəki paltarlardır, donub məni vurur. Orda bir kolluq var idi. O kolluqdan baxdıq ki, tankların lülələri işıqlarını salıblar, hərləyiblər camaata sarı. Bütün postlarda ayıq-sayıq dayanıblar ki, bunlar gəlib burdan keçəcəklər, onları qıracağıq. Biz meşəyə girdik, bizdən əvvəl keçənlərin paltarları, adyalları, ayaqqabıları qarın üstündə qalmışdı. Postların üstünə düşməyənlər keçib getmişdilər. Düşənlərin hamısını isə avtomatdan keçirmişdilər. Bizim dəstədə olan 100 nəfərdən 10-u sağ gəlib çıxdı. Atamla mən çətinliklə, zülmlə də olsa gəldik. Meşədə ermənilərin vəhşiliyini gördüm. Qonşumun üç uşağı var idi, yoldaşını vurub öldürdülər. 613 nəfərin çox hissəsi meşədə öldü. İki uşaq qaçıb yarpaqları tökülmüş kolun içinə girəndə birinə güllə dəydi. Güllə dəyən uşağı anası çiyninə aldı Şelliyə qədər gətirdi. Uşaq anasına deyirdi ki, mənim ayağımdakı ayaqqabılar təzədir. Çıxar onu qardaşıma ver. Sən gedib orda hardan alacaqsan ayaqqabını? Uşaq yarı yolda öldü. Mən meyitlərin altında gizlənirdim ki, güllə mənə dəyməsin... Beləcə, gəlib çatdıq Ağdamın Şelli kəndinə”.

Ermənilər əsirin qızıl dişlərini çəngəllə sökdülər
Şəkibə xanım ermənilərin həyat yoldaşına verdikləri işgəncə barədə danışır: “Ağdamda qərargaha gəlmişdim. Vaxtilə yoldaşımla bir yerdə işləmiş Nurməmməd müəllim gəlib dedi ki, sənin yoldaşın ayağından yaralanıb. Onu Xankəndinə əsir apardılar. Bir ay o qərargaha gedib-gəldim. Heç bir məlumat yox idi. Amma onunla bir otaqda qalan əsirlərdən biri - Ramiz kişi sonradar deyirdi ki, Ələsgər son gülləsinədək döyüşdü, 10 ermənini öldürdü. Amma qüvvələrin qeyri-bərabərliyi öz işini gördü. Ona güllə dəydi, ayağından yaralandı”.

Dediyinə görə, həyat yoldaşının meyitini alanda onun qızıl dişlərinin söküldüyünü görüb. “Dörd qızıl dişi var idi, onları sökmüşdülər. Qollarını qırmışdılar. Dəyən zərbələrdən sifəti qaysaq bağlamışdı. Əlində avtomat olduğuna görə ona çox zülm vermişdilər” deyən Ş.Mustafayevanın bildirdiyinə görə, 1997-ci ildə Heydər Əliyev həyat yoldaşına “Milli Qəhrəman” adını verib.
Namiq MƏMMƏDLİ

















Baxış sayı: 1 486
Bölməyə aid digər xəbərlər
Tarix: 04-01-2018 02:31 | Bölmə: Gündəm

Biz vətənimizin azadlığı uğrunda vuruşan və canlarını fəda edən qəhrəmanlarımızla fəxr edirik. Belə qəhrəmanlar ölməzdir. Onlar əbədi olaraq xalqımızın qəlbində yaşayırlar. Silaha sarılıb vətənimizi müdafiə edən və ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən qəhrəmanlardan biri də Ələsgər Novruzovdur. Bu günlərdə Pirşağı qəsəbəsindəki qaçqınların və məcburi köçkünlərin yaşadığı düşərgədə Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun ailəsində oldum. Milli Qəhrəmanın həyat yoldaşı Şəkibə Mustafayeva söhbət zamanı bildirdi ki, ermənilər Azərbaycan həqiqətlərini qəbul etmirdilər, Qarabağın onların olduğunu bildirirdilər: “Dörd il idi ki, Xocalıda ermənilər başımıza qrad yağdırırdı. Mən orda 1 saylı kitabxananın müdiri işləyirdim. Bir dəfə kitabxananın qapısını açıb oturmuşdum. Qəzet, jurnallarla məşğul idim. Bizim erməni müdir - Vartes Qriqoryan gəldi. Dedi ki, səndə qəzet var. Orda Ziya Bünyadovun Fəridə Məmmədova ilə birgə məqaləsi çıxmışdı. Həmin məqalədə Qarabağ həqiqətlərindən söhbət gedirdi. Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu halda ermənilər bunu qəbul eləmək istəmirdilər. Ermənilərin bu haqq-hesabları elə qəzetdə çıxan məqalədən qaynaqlandı. Onlar dedilər ki, Qarabağ bizimdi. Əbədi-əzəli torpağımız olub, siz sonradan gəlib Qarabağa yığılmısınız, oranın sakini olmusunuz. Nənəm danışırdı ki, ermənilər Xocalını beş dəfə yandırıblar. Biz ermənilərin yandırmış olduğu o divarları gedib görürdük. Uçuq, yanmış binalardan görürdüm ki, nənəm düz deyir”.
“Dörd il qradın altında qalıb heç yerə çıxmamışıq” deyən Şəkibə xanım söhbətinə davam edir. “Öz yerimizi-yurdumuzu, isti evimizi-eşiyimizi hər şeydən üstün tutmuşuq. Həm də fikirləşmişik ki, torpaq bizimdir, nəyə görə evimizdən çıxmalıyıq. Həmin gün axşam on birə işləmiş dörd tərəfdən fişəng atıldı. Yoldaşım axşam saat 11-də gəldi dedi ki, Noraguh tərəfdən tanklar kəndə girib. Avtomat silahını və patronları götürdü, posta gedirdi. Bir dənə də qumbara mənə verdi. Həmin vaxt mənə dedi ki, gördün bacarmırsan, ermənilər içəri doldular, əsir düşməməkdən ötrü atarsan, siz də ölün, ermənilər də. Mən onun arxasınca çağırdım ki, bizim axır yerimiz hara olacaq. Dedi ki, keçin meşəyə mən də gələcəyəm. Biz qorxurduq. Gecənin şirin vaxtı qrad atırdılar. Ölənlər, yaralananlar da olurdu. Biz evin zirzəmisində gizləndik. Atəş güclənəndən sonra bütün yaşlılar, uşaqlar, əlillər hamısı gəlib bizim alt evə yığıldılar. Bilmirdim ki, o nə silahlardır. Hara nəsə düşürdü çırpılırdım divara”.
Meşədə ermənilərin vəhşiliyiHəmsöhbətimiz deyir ki, gecə saat 3-ə qədər gözləsə də, yoldaşı qayıtmayıb: “Saat 3-də Murad Məhərrəmov və bir cavan polis işçisi gəldilər bizim yığıldığımız yerə. Dedilər ki, artıq ermənilər yaxınlaşır, çıxın. Orda 100 nəfər olardı. İlis çayını keçib bir yarımçıq binanın altına gəldik. Bir saat da orda qaldıq”.

Soyuq fevral ayı... Qar yağır, şaxta qılınc kimi kəsir... “Qaynımın oğlu Nazim 9-cu sinifdə oxuyurdu, onun əlindən tutmuşdum. Bir də atam yanımda idi. Gəldik Qarqar çayının qırağına. Uşağa nə qədər elədim ayağını soyun, soyunmadı. Hazırda ayağından əziyyət çəkir. Çünki şaxta vurub. Atamla mən ayağımızı çıxarıb çaya girdik. Mənim mədəmin üstünə çıxırdı su. Bütün paltarlarımız suyun içində idi. Ayağıma corab, bir də qaloş geymişdim. Meşənin yarısında gördüm ki, arxadan məni kimsə vurur. Ağlıma gətirmirdim ki, bu, əynimdəki paltarlardır, donub məni vurur. Orda bir kolluq var idi. O kolluqdan baxdıq ki, tankların lülələri işıqlarını salıblar, hərləyiblər camaata sarı. Bütün postlarda ayıq-sayıq dayanıblar ki, bunlar gəlib burdan keçəcəklər, onları qıracağıq. Biz meşəyə girdik, bizdən əvvəl keçənlərin paltarları, adyalları, ayaqqabıları qarın üstündə qalmışdı. Postların üstünə düşməyənlər keçib getmişdilər. Düşənlərin hamısını isə avtomatdan keçirmişdilər. Bizim dəstədə olan 100 nəfərdən 10-u sağ gəlib çıxdı. Atamla mən çətinliklə, zülmlə də olsa gəldik. Meşədə ermənilərin vəhşiliyini gördüm. Qonşumun üç uşağı var idi, yoldaşını vurub öldürdülər. 613 nəfərin çox hissəsi meşədə öldü. İki uşaq qaçıb yarpaqları tökülmüş kolun içinə girəndə birinə güllə dəydi. Güllə dəyən uşağı anası çiyninə aldı Şelliyə qədər gətirdi. Uşaq anasına deyirdi ki, mənim ayağımdakı ayaqqabılar təzədir. Çıxar onu qardaşıma ver. Sən gedib orda hardan alacaqsan ayaqqabını? Uşaq yarı yolda öldü. Mən meyitlərin altında gizlənirdim ki, güllə mənə dəyməsin... Beləcə, gəlib çatdıq Ağdamın Şelli kəndinə”.
Ermənilər əsirin qızıl dişlərini çəngəllə sökdülərŞəkibə xanım ermənilərin həyat yoldaşına verdikləri işgəncə barədə danışır: “Ağdamda qərargaha gəlmişdim. Vaxtilə yoldaşımla bir yerdə işləmiş Nurməmməd müəllim gəlib dedi ki, sənin yoldaşın ayağından yaralanıb. Onu Xankəndinə əsir apardılar. Bir ay o qərargaha gedib-gəldim. Heç bir məlumat yox idi. Amma onunla bir otaqda qalan əsirlərdən biri - Ramiz kişi sonradar deyirdi ki, Ələsgər son gülləsinədək döyüşdü, 10 ermənini öldürdü. Amma qüvvələrin qeyri-bərabərliyi öz işini gördü. Ona güllə dəydi, ayağından yaralandı”.

Dediyinə görə, həyat yoldaşının meyitini alanda onun qızıl dişlərinin söküldüyünü görüb. “Dörd qızıl dişi var idi, onları sökmüşdülər. Qollarını qırmışdılar. Dəyən zərbələrdən sifəti qaysaq bağlamışdı. Əlində avtomat olduğuna görə ona çox zülm vermişdilər” deyən Ş.Mustafayevanın bildirdiyinə görə, 1997-ci ildə Heydər Əliyev həyat yoldaşına “Milli Qəhrəman” adını verib.Namiq MƏMMƏDLİ


















Baxış sayı: 1 486
Bölməyə aid digər xəbərlər
13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib













