23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
ALİ MƏQSƏDLƏR NAMİNƏ: MİLLİ MƏTBUAT-22 iyul Milli Mətbuat və Jurnalistika Günüdür-Ramiz QASIMOV
Tarix: 21-07-2023 20:34 | Bölmə: Gündəm

Azərbaycan xalqının çoxəsrlik inkişafına zənginlik qatan, ona yeni istiqamət verən, demokratik fikir, milli məfkurə və istiqlaliyyət düşüncəsi bəxş edən məhz 148 illik mövcudiyyəti olan milli mətbuatımızdır. Milli kimliyimizi bizə başa salan, milli oyanış və inkişafımıza səbəbkar olan maarif və mətbuat yolunda böyük mücadilə açan milli ziyalılarımız misilsiz və əvəzolunmaz xidmətlər göstəriblər. “Əkinçi” ətrafında xidmət göstərən ziyalı babalarımızın zəhmət və sevgilə əkdikləri demokratik fikir, milli inkişaf və oyanış düşüncəsi sonrakı nəsillərin – “Şərqi-rus”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Kaspi” və b. mətbuat orqanlarının yaranması ilə daha da böyük inkişaf yolu keçmiş və ilk rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetilə nəticələnmişdir. Söz azadlığı demokratik inkişaf və ümumi ictimai tərəqqi deməkdir. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Azərbaycan mətbuatı tarixi boyudaim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”. Doğrudan da, Azərbaycanın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan ilk azərbaycandilli mətbuat orqanı “Əkinçi”nin işıq üzü görməsi milli Azərbaycan mətbuatının doğuluşu idi.
Bu böyük mücahidin ciddi səylərivə maarifpərvər dostların köməkliyi ilə ərsəyə gələn “Əkinçi”qəzeti öz doğuluşu ilə əslində müsəlman aləmində görünməmiş bir mədəni hadisəyə yol açdı. Bu yolda o qədər maarifpərvər insanlar əziyyət, əzab çəkmişdilər ki, onun müqabilində Həsən bəy Zərdabinin tale payına düşmüş “Əkinçi” qəzetinin dərcihəqiqi mənada ölçüyəgəlməz bir nailiyyət idi. Bu səylərin nəticəsində 1875-ci il iyul ayının 22-də “Əkinçi”nin birinci nömrəsi öz oxucularını salamladı. Qəzetin nəşri, demək olar, bütün maarifpərvər ziyalıları fərəhləndirdi, hətta “qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi”. Qəzetin ilk nömrəsi iki sütuna ayrılmış səkkiz səhifədən ibarət bir həcmdə idi. Qəzetin “Daxiliyyə” adlı məramnaməsi hesab edilən baş məqaləsində bu mətbuat orqanının fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti proqram şəklində müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi. Bundan başqa qəzetin “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə dair maarifləndirici materiallar öz əksini tapırdı. “Təzə xəbərlər” adlı şöbədə isə sayca çox, həcmcə yığcam siyasət, məhkəmə, ticarət, tibbi məsələlərə dair oxunaqlı yazılar işıq üzü görürdü. Qəzetin maraqlı çıxmasında dövrün tərəqqipərvər ziyalıları – S.Ə.Şirvani, N.Vəzirov, M.F.Axundov, Ə.Gorani, M.Dərbəndi, Əhsənül-Qəvaid yaxından iştirak edirdi. Həmçinin qəzetin yayılmasında dövrün ziyalıları çox maraqlı idilər. “Əkinçi” öz mötəbər heyəti ilə dövrün bütün çatışmazlıqlarını ifşa edir, “ifrat adətlərə görə pıçıltını eşitməyən yuxulu insanları qamçı iləoyatmağa” cəhd edir, mədəni geriliyi, avamlığı, fərdiyyətçiliyi tənqid atəşinə tutur, habelə maarifçiyazılarla çıxış edirdilər. Bununla da, “Əkinçi” qəzeti “...Sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi.Bu qılıncla Həsən bəy avamlıq və cəhalətin qara pərdələrini yırtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.
Millət yolunda xidməti özü üçün amala çevirən qəzet bütün var-qüvvəsi ilə xalqın maariflənməsi, demokratik inkişafı, ana dilinə bağlılıq və sair məsələlər uğrunda mücadilə aparırdı. Bu mübarizə çox çəkmədi. Gerilik tərəfdarları və siyasi düşmənlər xalqın maarifçi qəzeti olan “Əkinçi”nin 1879-cu ilin sentyabrında bağlanmasına nail oldular. Ancaq bununla belə bu qəzetöz ikiillik fəaliyyəti, idealları, müqəddəs vəzifələri ilə özündən sonrakı nəsillərə örnək və miras oldu. Bu yolu davam etdirən maarifpərvər insanlar ilk milli mətbu orqanımızın davamçıları “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Kaspi”, “Həyat” “İrşad”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Azərbaycan”və digər mətbuat orqanlarının yaranmasına nail oldular. Beləliklə, Azərbaycanda milli mətbuatçılıq ənənələri yarandı və inkişaf etdi. Demokratik mətbuatın inkişafında bu ənənələri “Molla Nəsrəddin” və “Füyuzat” daha da inkişaf etdirib zənginləşdirdi. Bu inkişafın nəticəsində isə dərin və möhkəm mətbuat ənənələri formalaşdı. “Əkinçi”dən “Molla Nəsrəddin”ə, “Molla Nəsrəddin”dən “Azərbaycan”a mühüm birmətbuat yolu başlandı ki, bu da öz növbəsində Azərbaycanda demokratik dəyərlərin və ictimai fikrin inkişafı, milli istiqlal təfəkkürünün formalaşması və mədəni dəyişikliklərin başverməsində böyük hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyəti kimi milli demokratik, parlament tipli dövlətin qurulması da məhz milli mətbuatın oyanış və maarifləndirici missiyasının nəticəsi idi.
Fəxarətlə demək olar ki, Azərbaycan milli mətbuatının inkişafında Naxçıvandan olan ziyalılar böyük fəallıq göstərirdilər. M.T.Sidqi, F.Ordubadi, M.Şahtaxtılı, C.Məmmədquluzadə, E.Sultanov, Ə.Qəmgüsar, H.Cavid, M.S.Ordubadi, B.Şahtaxtinski, Q.Şərifzadə, M.Sidqi, Ə.Şərif və daha neçə-neçə Naxçıvan ziyalısı milli mətbuatın pərvazlanmasında öz istedadı və zəhmətlərilə çalışmışdılar. Qətiyyətlə demək olar ki, Azərbaycanda “Əkinçi”dən başlanan milli mətbuat yolu XX əsrin ilk anadilli mətbuat orqanı olan Məhəmmədağa Şahtaxtılının “Şərqi-rus” qəzeti ilə yeni bir inkişafa qədəm qoydu. Bu mətbuat orqanı dövrə və zamana uyğun olaraq Azərbaycan xalqının tarixi taleyi ilə bağlı zəruri və vacib məsələləri böyük cəsarət və hünər göstərərək ictimai müzakirə meydanına çıxardı. İlk dəfə M.Şahtaxtılı həm “Şərqi-rus”un, həm “Kaspi”nin, həm də digər mətbuat orqanlarının səhifələrində Azərbaycan xalqının etnogenezi və adı ilə bağlı olan məsələləri elmi cəhətdən sanballı izahlarla maraq dairəsinə gətirdi. Onun estafetini təhfil alan Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı da təkcə Azərbaycan coğrafiyasında deyil, bütövlükdə Yaxın Şərq və türk-müsəlman dünyasında mühüm yeniliklərlə dolu bir mətbuat tarixi və ənənəsi yaratdı. İlk gülgü-karikatura jurnalı olan “Molla Nəsrəddin” Azərbaycan xalqını milli ideyalar və ideallar istiqamətində xalqın ruhuna, anlayacağı dilə uyğun hazırlayan mətbuat orqanı olaraq böyük tarix yazdı. İlk rəngli, şəkilli jurnal olan bu mətbuat orqanı bütün geniş xalq kütlələrini deyib gəlmişdi. Sadə, anlaşıqlı ana dilində yazan bu mətbuat orqanında bütün kütlələrin sevdiyi Molla Nəsrəddin lətifə ənənələrinə uyğunluq başlıca yazı üslubu seçilmişdi. Ana dili və əlifba məsələsi, qadın azadlığı, insanların hüquq və azadlıqları, maarif, elm və təhsil və b. çoxsaylı məsələlərdə böyük oyanış yaradan “Molla Nəsrəddin” jurnalı istiqlal və oyanış mətbuatı kimi səciyyəyə malik oldu və milli istiqlalın sərkərdəsi adını aldı.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir”. Bu baxımdan Heydər Əliyev milli mətbuatımızın sələfi ilə xələfini, yaradanları ilə davamçılarını əlaqələndirərək müasir cəmiyyətdə söz haqqına və demokratik hüquqlara cavab verən milli mətbuatın formalaşmasına şərait yaratdı. Ümummilli liderimizin səyləri sayəsində jurnalist peşəsi və mətbuatçılıq fəaliyyəti özünün həqiqi mahiyyətini tapdı. Ümummilli liderimiz Heydər Əliyev Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərinə ünvanladığı müraciətində də mətbuat işinin ciddiliyini, onun milli inkişafda olan yerini və rolunu, jurnalist peşəsinin çətinliyini həssas münasibətlə ifadə edərək deyirdi: “Azərbaycan mətbuatı çoxzəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrinin istək və arzularını daim öz səhifələrində əksetdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişdir. ...Bu gün Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Hazırda bütün respublika ərazisini əhatə edən yüzlərlə kütləvi informasiya şəbəkəsi, teleradio şirkətləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir, jurnalistika elmi sürətlə inkişaf edir”.Ümummilli liderin bu diqqətcilliyi və qayğıkeşliyi sayəsində insan haqları və söz azadlığına dayanan Azərbaycan demokratik mətbuatının inkişaf etdirilməsi üçün ölkəmizdə müxtəlif əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ilə milli demokratik mətbuatın inkişafına buxov olan Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğv edilməsi böyük nailiyyət idi. Habelə 7 dekabr 1999-cu il tarixdə imzalanmış “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna əsasən Azərbaycanda mətbuat orqanlarının dövlət qeydiyyatı ləğv edilmiş, mətbuat orqanlarının təsis olunması prosedurası xeyli asanlaşdırılmışdır. 2000-ci ilin martında “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi də əhəmiyyətli islahat dəyişiklikləri ilə müşaiyət edilmişdi. 2002-ci ilin mayın 11-də ulu öndərin imzaladığı “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” fərman KİV və milli mətbuatın inkişaf etdirilməsi və dünyəvi dəyərlərlə yenidən qurulması istiqamətində ən əhəmiyyətli tarixi sənədlərdən biri hesab edilməlidir. Bütün bunlar isə Azərbaycanda ulu öndər Heydər Əliyevlə müəyyənləşmiş milli siyasətin qarşısında milli mətbuatı inkişaf etdirmək, onu beynəlxalq tələblərə uyğun formalaşdırmaq məqsədi dayadığını aydın təzahür etdirir. Bu gün bu konsepsiya böyük siyasətçinin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bu məqsədlə də “Hər bir demokratik cəmiyyətin formalaşmasında, güclənməsində mətbuat mühüm rol oynayır. Artıq Azərbaycanda müstəqil mətbuat formalaşıbdır. Bu, cəmiyyətin inkişafı üçün çox lazımdır”, - deyən Prezident İlham Əliyev mətbuat nümayəndələrinin maddi rifahı və sosial həyat şəraitini yaxşılaşdırmaq məqsədilə çoxsaylı işlər həyata keçirmiş, medianın qayğıkeş dostu kimi yadda qalmışdır. Media sahəsində aparılan ardıcıl islahatlar, göstərilən dəstəklər və müəyyənləşdirilən vəzifələr Azərbaycan mediasının daha da müasir tələblər saviyyəsində inkişafı və fəailəyyətinə yön vermişdir. KİV-də ana dilinin saflığının və dövlət dili tələblərinin qorunması haqqındakı qərarlar da müdrik dövlət başçısının islahatçı və milli mənafeli mövqeyindən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafıhəmişə diqqət mərkəzində olub. “Şərq qapısı” qəzeti Naxçıvanda mətbuatın babası hesab olunur. Həmişə dövlət qayğısı ilə əhatələnən bu mətbuat orqanı muxtar respublikada həyata keçirilən yenilənmə və quruculuq tədbirlərini, aparıcı hadisələri və s. ictimaiyyətə çatdırır. 1921-ci ildən nəşrinə başlanılan “Şərq qapısı” qəzetinin milli mətbuat tələbləri çərçivəsində inkişafı da məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Şərq qapısı” qəzeti Naxçıvanda ictimai fikrin inkişafına mühüm töhfələr verib. Bu mətbuat orqanı Azərbaycan milli mətbuatını zənginləşdirməklə bərabər, muxtar respublikanı əhatə edən ictimai, siyasi, mədəni və sair informasiyaların əhatəli emal olunmasına mühüm xidmət göstərir.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində 2001-ci ildən jurnalistika ixtisası üzrə kadrlar yetişdirilir. Jurnalistikanın sirlərinə dərindən və praktik yiyələnmələri üçün universitetdə “Yeni fikir” qəzeti nəşr olunur. Habelə universitetin yüksək texniki imkanlara malik televiziyası və radiosu da fəaliyyət göstərir. Bundan başqa “Nuhçıxan” İnformasiya Agentliyi və “Naxçıvanxəbərləri” informasiya saytları da Naxçıvanla bağlı xəbərlərin paylaşımında fəal yer tuturlar. Sürətli, çevik və geniş miqyasda informasiya mübadiləsində xəbər saytlarının rolu daha böyükdür. Təsadüfi deyil ki, informasiya texnologiyalarının inkişafını nəzərə alan “Şərq qapısı” qəzetinin də elektron portalı fəaliyyət göstərməkdə, izləyicilərə ləyaqətlə xidmət göstərməkdədir.
Beləliklə, mətbuat milli inkişafımızın başlıca güc mənbəyidir. Hər zaman xalqın və dövlətin yanında olan mətbuat inkişafa güc qatmaq məqsədilə milli maraqlardan çıxış edərək əskilməz enerjisi ilə çalışmaqda, fəaliyyət göstərməkdədir. Bu gün xalqla dövlət birliyi çərçivəsində Azərbaycanın bir məqsədi demokratik, şəffaf mətbuat, mediadırsa, mətbuatın da məqsədi güclü, müstəqil Azərbaycandır! Dövlətin qayğısı ilə əhatələnmiş media orqanları 2020-ci ildə 44 günlük Vətən müharibəsində dövlətin və Prezidentin yanında olmaqla xalq, ordu və lider birliyinə ləyaqətlə xidmət etdi. Azərbaycan təkcə müzəffər Sərkərdəsi və Ordusu ilə hərb meydanında deyil, həm siyasət və diplomatiya meydanda, həm də infiormasiya müharibəsində ləyaqətlə döyüşərək şanlı zəfərə nail oldu. Azərbaycan milli mətbuatının 147-ci ilinin 2022-ci ildə müqəddəs Şuşa şəhərində keçirilməsi də Şanlı Zəfərə xidmət göstərmiş Azərbaycan jurnalistikası üçün yaddaqalan gün olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Şuşada jurnalistlərə müraciəti də bir proqram xarakteri daşımışdır: “Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək”.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 750
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib