23:32 / 16-04-2026
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
23:22 / 16-04-2026
Öldürülən polis məmurunun kimliyini açıqlayıb
23:14 / 16-04-2026
Mənzil satıcısı alıcılara bıçaqla hücum etdi
23:09 / 16-04-2026
Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni bir açıqlama verdi: "Ümid edirəm ki, tezliklə bitəcək"
23:05 / 16-04-2026
Tramp ABŞ-İran arasında sürətli razılaşmaya icazə verir
23:01 / 16-04-2026
O, yüzlərlə əşya oğurlayıb: Yelisey Sarayının işçisi qab-qacaq oğurladığına görə məhkum edilib
22:55 / 16-04-2026
Medinski "Köniqsberq motivlərini" tənqid etdi
22:41 / 16-04-2026
Dron hücumu nəticəsində 60 yaşayış binası zədələnib
22:37 / 16-04-2026
105 yaşında vəfat edib
22:33 / 16-04-2026
Orban seçki məğlubiyyətinin əhəmiyyətli olduğunu etiraf etdi
22:30 / 16-04-2026
Bir alman 15 avroya seyf alıb və içərisindən qızıl tapıb
19:24 / 16-04-2026
Matviyenko Ərdoğanı müdrik və iradəli lider adlandırdı
19:21 / 16-04-2026
Heqset İrana qarşı "İqtisadi Qəzəb Əməliyyatı"nın başladığını elan etdi
19:11 / 16-04-2026
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
18:59 / 16-04-2026
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
18:56 / 16-04-2026
Meksika səfiri saxlanılan rus qadını ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
18:53 / 16-04-2026
Suriya Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin bütün hərbi bazalardan çıxarıldığını elan etdi
18:48 / 16-04-2026
Xarici İşlər Nazirliyi Meksikada saxlanılan rus qadına konsulluq girişinin vacibliyini vurğuladı
18:45 / 16-04-2026
"Arsenal" və Avstriya millilərinin keçmiş qapıçısı Manninger avtomobil qəzasında vəfat edib
18:41 / 16-04-2026
Jurnalist Mirsayev Qətər paytaxtı səmasında qırıcı təyyarələrin müşahidə olunduğunu bildirib
18:37 / 16-04-2026
Çətin boşanma: Virciniyanın keçmiş leytenant-qubernatoru həyat yoldaşını öldürdü və intihar etdi
18:33 / 16-04-2026
Ukrayna Silahlı Qüvvələri Böyük Britaniyadan rekord sayda dron alacaq
18:18 / 16-04-2026
Zaxarova: "Kiyev Buça səhnələşdirməsinin şahidlərindən yaxa qurtarıb"
18:14 / 16-04-2026
Cinayətkar bir polis əməkdaşını öldürüb və üç hüquq-mühafizə orqanı əməkdaşını yaralayıb
21:18 / 15-04-2026
Tanımadığı bir şəxsi ölümcül şəkildə döyən qonaq saxlanılıb
21:15 / 15-04-2026
Bir məhbus xəstəxanadan qaçmağa çalışarkən ayağını sındırıb
21:12 / 15-04-2026
Kipr Mediası: Türkiyə tankları və polisi bufer zonasına köçürdü
21:07 / 15-04-2026
Muxin: "Əgər İsrail nüvə silahlarından imtina edərsə, İranın da onlara ehtiyacı olmayacaq"
21:01 / 15-04-2026
Həmyaşıdına 50 dəfə yumruq vuran yeniyetmə mühakimə olunacaq
20:58 / 15-04-2026
Millət vəkili Kartapolov: "Moldova hakimiyyəti anti-Rusiya siyasəti yürüdür"
20:56 / 15-04-2026
Tramp: "Ukrayna münaqişəsinin həlli artıq başlayıb"
20:10 / 15-04-2026
İsveçrə Xarici İşlər Nazirliyi ABŞ-İran dialoqu üçün "xoş ofislərini" təklif edib
20:08 / 15-04-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə atəşkəsin uzadılmasını təsdiqləməyib
20:05 / 15-04-2026
İtlər bir qıza hücum etdi və nəticədə cinayət işi açıldı
20:02 / 15-04-2026
Səyyah ölümündən əvvəl Ob dənizində kaytserfinqlə məşğul olurdu
19:51 / 15-04-2026
Bayden çıxışı zamanı qaradərili qonağı Obama adlandırdı
19:47 / 15-04-2026
Cin maskası taxaraq dindarları qorxudan üç gün həbs cəzasına məhkum edilib
19:42 / 15-04-2026
Media Zelenskinin İtaliyaya gəlişini xəbər verib
Vüqar Rəhimzadə: "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
Tarix: 03-03-2026 23:38 | Bölmə: Gündəm

2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır. Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Hər il iştirakçıların say tərkibində artım Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin təqdimatıdır. Ötən il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılmışdı.
Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Ötən ilin iyununda keçirilən Bakı Enerji Həftəsində və aprel ayında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında qaz ixracının artırılması və yaşıl enerji layihələrinin genişləndirilməsi istiqamətində mühüm mesajlar səsləndirildi və razılaşmalar əldə edildi. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan neft, qaz ilə yanaşı, həm də elektrik enerjisi ixracatçısıdır. 2024-cü ildə Azərbaycanın ev sahbiliyi etdiyi COP29 iqlim konfransı ölkəmizin bərpaolunan enerji sahəsində malik olduğu potensialı bir daha nümayiş etdirdi.
Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. COP29 tədbiri çərçivəsində, həmçinin ondan sonrakı dövrdə bu sahədə əməkdaşlığa verilən önəmin imzalanan sənədlərdə özünün aydın ifadəsini tapdığını görərik. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü islaslarında bu məqamı xüsusi qeyd etdi ki, artıq bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, iş məhz belə aparılmalıdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın bu sahədə qazandığı möhtəşəm uğurları təsəvvürə gətirmək üçün ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azəraycanın beynəlxalq aktorlarla əməkdaşlığının coğrafiyası genişləndi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihlələrinin uğurlu icrası ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini bir daha nümayiş etdirdi. 2018-ci ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyununda bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji sektorunun aydın gələcəyinin təqdimatı oldu.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il ənənəvi olaraq keçirilən iclasları ölkəmizin bu sahədə qazandığı uğurlara baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində öz sözünü deyir. Dünyanın enerji gündəliyinin mütəmadi olaraq Azərbaycanda müzakirə edilməsi ölkəmizin malik olduğu təcrübənin, qazandığı uğurların göstəricisidir. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik. Gücü 870 meqavatdır. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin mühüm nailiyyətlər, amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək.
Vüqar Rəhimzadə bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında «Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq» söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Hesabat dövründə Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri 2025-ci il iyununda rəsmi açılış mərasimi keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Bərpaolunan enerji layihələri ilə yanaşı, müasir və səmərəli stansiyaların açılışı enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcək. Bu gün Azərbaycanın enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında hesabat dövrünün enerji uğurları sırasında bu hadisəni qeyd edərək bildirdi ki, bu, artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib: “Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb. Çünki burada böyük potensial və bazarda tələbat var.”
Millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları enerji təhlükəsizliyi sahəsində yeni yanaşmaların formalaşdırılmasında, səylərin əlaqələndirilməsində mühüm rol oynayır. Komandanın tərkibi genişlənir. Əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan hər zaman yeni əməkdaşlıq formatlarının yaradılmasının təşəbbüskarı olmaqla yanaşı, hazırda icra edilən, yaxud icrasını başa çatdıran layihələrin coğrafiyasının genişləndirilməsinin də vacibliyini bildirir. Təcrübə mübadiləsinin aparılması, səylərin birləşdirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Ümummilli Lider Heydər Əliyev hələ “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirmişdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclaslarında bildirdi ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötənilki iclasında əsas çağırışlardan biri qaz ixracının coğrafiyasının genişləndirilməsi olmuşdu. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı xüsusi qeyd etdi. Vurğuladı ki, sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik: “Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımızı da qeyd etmişdim. Bu planlar artıq reallaşdırılıb. Digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.” Planlara gəldikdə Prezident İlham Əliyev vuruğaladı ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə diqqət yönəldildi, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlıq mövcuddur.
Baxış sayı: 268
Bölməyə aid digər xəbərlər

16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
5-04-2026, 19:14
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib
19-03-2026, 17:24
Vüqar Rəhimzadə: "Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır"
19-03-2026, 17:20
Vüqar Rəhimzadə: "Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır"
12-03-2026, 13:12
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
10-03-2026, 00:19
Qadınlar şəhid tibb bacısı Mehriban Qarayevanın məzarını ziyarət ediblər-VİDEO+FOTOLAR
6-03-2026, 11:31
Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi-Könül Nurullayeva
6-03-2026, 00:42
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
5-03-2026, 13:10
Vurulan Naxçıvan aeroportunun içindən - Video - Fotolar
4-03-2026, 18:15
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
3-03-2026, 23:38
Vüqar Rəhimzadə: "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
3-03-2026, 15:08
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
1-03-2026, 13:25
İsrail Müdafiə Qüvvələri: Xamenei öz evində öldürülüb
27-02-2026, 19:47
Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edib
27-02-2026, 01:04
Sumqayıtda Xocalı faciəsinin 34-cü ildönümündə dini quurmların və dini konfessiyaların nümayəndələri iştitak ediblər-VİDEO+FOTOLAR
26-02-2026, 23:32
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
23-02-2026, 19:54
Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub - FOTO
23-02-2026, 19:10
Müşfiq Abbasov həbs olundu
18-02-2026, 21:35
Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı
18-02-2026, 21:27
İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
18-02-2026, 20:32
Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub
15-02-2026, 20:04
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
9-02-2026, 21:35
Naxçıvanın Baş naziri kolektivə təqdim olundu - Fotolar
9-02-2026, 00:08
Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər - Fotolar
6-02-2026, 23:03
Komitə sədri Sumqayıt Cümə Məscidini ziyarət etdi-VİDEO+FOTOLAR
3-02-2026, 12:37
İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
1-02-2026, 20:58
ABŞ-də saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı
29-01-2026, 22:30
Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşdü - Fotolar
28-01-2026, 00:09
İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
22-01-2026, 19:00
İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın görüşü olub
21-01-2026, 17:49
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib
20-01-2026, 15:30
Medianın İnkişafı Agentliyinin nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20-01-2026, 12:36
20 Yanvar faciəsindən sonra müstəqillik ideyası ümummilli məqsədə çevrildi-Könül Nurullayeva
13-01-2026, 11:45
Kamran Əliyev: "Azərbaycanla Ermənistan arasında ABŞ-də əldə edilən razılaşma mühüm nailiyyətdir"
13-01-2026, 11:17
Xızı-Abşeron” kimi layhələr Azərbaycana enerji bazarında rəqabət üstünlüyü qazandırır-Könül Nurullayeva