23:25 / 23-07-2026
Almaniya Azərbaycanın sülh gündəliyini regional sabitliyin əsas faktoru hesab edir-Könül Nurullayeva
22:52 / 23-07-2026
Zelenski "Patriot" raket istehsalçısının nümayəndələri ilə görüşüb
22:43 / 23-07-2026
"Spartak" Rusiya Super Kuboku matçının təkrar oynanılmasından imtina ilə bağlı şərh verdi
22:39 / 23-07-2026
ABŞ milli təhlükəsizlik təhdidləri siyahısına 33 Rusiya universitetini əlavə edib
22:37 / 23-07-2026
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22:33 / 23-07-2026
İsrail müdafiə naziri Katz: "Təl-Əviv İranla bağlı istənilən inkişafa hazırlaşır"
22:30 / 23-07-2026
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
13:25 / 23-07-2026
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
13:22 / 23-07-2026
Trampı ittiham edən xüsusi müşavir yalan ifadə verməkdə ittiham oluna bilər
13:15 / 23-07-2026
ABŞ ticarət müqaviləsinə əməl etməsə, AB əks tədbirlər tətbiq edə bilər
13:08 / 23-07-2026
Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür
13:05 / 23-07-2026
Metro stansiyasında relslərdə gəzdiyinə görə yeniyetmə saxlanılıb
12:57 / 23-07-2026
"Mi-8" vertolyotunu yandıran yeniyetməyə hökm oxunub
12:53 / 23-07-2026
TASS: AB səfirləri Rusiya əleyhinə sanksiyaların 21-ci paketini təsdiqlədi
12:51 / 23-07-2026
Beşmərtəbəli binada partlayış baş verib, nəticədə üç nəfər xəsarət alıb
12:49 / 23-07-2026
Lantratova Ukrayna Ombudsmanı Lubinets ilə ilk təması haqqında danışdı
12:46 / 23-07-2026
Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 1000-i keçib
12:43 / 23-07-2026
Ombudsman Lantratova ukraynalı hərbi əsirlərə ailələrinə telefonlarından zəng etməyə icazə verir
12:36 / 23-07-2026
Lantratova Ukraynanın məhbus mübadiləsi üçün seçmə prinsipindən danışdı
12:33 / 23-07-2026
ABŞ İrana zərbələr endirmək üçün uzun mənzilli "B-1" bombardmançı təyyarəsi yerləşdirdi
13:33 / 22-07-2026
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
13:25 / 22-07-2026
Hindistan xarici işlər naziri Lavrovla ticarət, enerji və Ukrayna məsələlərini müzakirə etd
13:22 / 22-07-2026
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
13:18 / 22-07-2026
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
13:14 / 22-07-2026
Türkiyədə avtobus qəzası: 31 yaralı
13:09 / 22-07-2026
Sırski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən istefa verdiyini təsdiqlədi
13:06 / 22-07-2026
"Daily Star": Britaniya həbsxanalarından 100-dən çox təcavüzkar azadlığa buraxılacaq
13:00 / 22-07-2026
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
12:55 / 22-07-2026
Atasının başına çəkiclə vuran həbs edilib
12:53 / 22-07-2026
Lavrov Şri-Lanka Xarici İşlər Naziri ilə danışıqlar aparır
12:51 / 22-07-2026
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
08:51 / 22-07-2026
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
08:41 / 22-07-2026
16 AB ölkəsində dövlət borcu bütün zamanların rekordlarını qırdı
08:31 / 22-07-2026
"Tasnim": ABŞ hərbçiləri İranın Buşehr şəhərinə hücum edərək iki obyektə zərər vurub
08:29 / 22-07-2026
İrana qarşı 11-ci zərbə dalğasının başa çatdığını elan etdi
08:26 / 22-07-2026
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
Tarix: 23-04-2026 18:20 | Bölmə: Gündəm

Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa əsaslanan model üzərində formalaşıb. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri olan müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Təbii ki, bu əməkdaşlıq həm ölkələrə malik olduqları potensialı təqdim etmək, həm də səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda gələcək üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq imkanı yaradır. Bunun üçün təkcə cari ilin ötən dövründə qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan ikitərəfli əməkdaşlıqda Baltikyanı ölkələrlə əlaqələrə də xüsusi önəm verir. Bu dövlətlərlə əlaqələr müasir dövrdə yeni məzmun kəsb edərək xüsusilə mədəniyyət, parlamentlərarası dialoq və iqtisadi sahələrdə genişlənir.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri Baltikyanı ölkələrlə əlaqələrimizin bugünkü inkişaf səviyyəsinin aydın mənzərəsini yaratdı. Səfərdə məqsəd təbii ki, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir. Hər bir səfər münasibətlərin tarixinə qısa nəzər salmağı bir zərurətə çevirir. Qeyd edək ki, hər iki ölkə keçmiş İttifaqın tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, bu həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın Avropa ilə münasibətləri strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı qeyd etdi ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir.
Azərbaycan və Latviya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, həmçinin əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması bütün bu məqamlara bir daha işıq saldı. Qeyd etdiyimiz kimi, dövlətlərarası əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Azərbaycan ilə Latviya arasında bugünədək 50-yə yaxın sənəd imzalanıb. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış bir sıra sənədlərin mübadiləsi mərasimi oldu. Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında, Azərbaycan-Latviya biznes-forumunda Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafı üçün mövcud imkanlar geniş müzakirə edildi. Geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında çox yaxşı siyasi əlaqələr mövcuddur. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik. Latviya Prezidenti Edqars Rinkeviçs Bakıya sonuncu səfərindən 9 il ötdüyünü, həmin səfərin 2017-ci ildə baş tutduğunu önə çəkərək bildirdi ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir.
Mətbuata bəyanatında “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq” söyləyən dövlət başçısı İlham Əliyev latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğuladı. Prezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verərək iki ölkə arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırdı. O da qeyd edildi ki, həmin vaxtdan bəri bir çox irəliləyiş olub. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu, bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğuladı.
Latviya Prezidenti Edqars Rinkeviçs bu gün çox müsbət, praqmatik və gələcəyə yönəlmiş müzakirələr apardıqlarını söyləyərək onu da əlavə etdi ki, ölkəsi Azərbaycanla strateji tərəfdaşdır. Dövlətimizin başçısı İlham Əliyevi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edən Edqars Rinkeviçs bu inamı ifadə etdi ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq.
Millət vəkili bildirib ki, Latviya Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafına böyük töhfə kimi dəyərləndirilir. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışında qeyd etdi ki, müzakirə etdiyimiz bir çox məsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bu gün təşkil olunan biznes-forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı - 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır.
Edqars Rinkeviçsin 9 ildən sonra Azərbaycana növbəti səfərini etməsi artıq tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda regionda və dünya siyasətində dəyişikliklərin, yeniliklərin baş verdiyi mərhələyə təsadüf edir. Bu səfər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. İkitərəfli əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Bu əməkdaşlıq ticarət, siyasət və təhsil sahələrini əhatə edir. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır və bu da humanitar əlaqələrin inkişafına töhfə verir. Ümumilikdə hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır. Tərəflər əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlıdır.
Baxış sayı: 448
Bölməyə aid digər xəbərlər

22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”
30-05-2026, 16:21
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
28-05-2026, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
28-05-2026, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
27-05-2026, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
5-04-2026, 19:14
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib
19-03-2026, 17:24
Vüqar Rəhimzadə: "Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır"
19-03-2026, 17:20
Vüqar Rəhimzadə: "Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır"