23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
20 yanvar hadisələrinin Lənkəran faciəsi-Cəmil Quliyev
Tarix: 19-01-2023 20:18 | Bölmə: Gündəm

İlk öncə qeyd etməliyəm ki, 20 yanvar hadisəsi XX əsrin ən dəhşətli hadisələrindən biridir. Beynəlxalq hüquq kontekstindən yanaşılarsa, insanlıq əleyhinə olan cinayətdir. Sovet hakimiyyətinin xəbərdarlıq etmədən Azərbaycana qoşun yeritməsi və birbaşa xalqımıza qarşı amansız təcavüzü olmaqla bərabər eyni zamanda çox saylı beynəlxalq hüquq normalarının prinsiplərini, konvensiyaların və protokolların kobud surətdə pozulmasıdır. Bununla bağlı Milli Məclisdə, o cümlədən Ulu Öndərimiz Heydər Əliyev və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən hüquqi baza yaradılıb və bu qırğının səbəbləri araşdırılır. Lakin günahkar şəxslər bugünə qədər hələdə cinayət məsuliyyətinə cəlb olunmayıblar. Buda onu sübut edir ki, bugün beynəlxalq aləmdə həqiqətən ikili standart mövcuddur. O dövrdə xalqımız 20 yanvar hadisələrində əliyalın, silahsız ağır silahların qarşısına çıxmaqla, böyük Sovet ordusuna müqavimət göstərməklə xalqımızın hansı inama, hansı hünərə, hansı qeyrətə və namusa malik olmasından xəbər verir. Siyasi proseslərin getdiyi bir dövrdə xalqımızın azadlıq uğrunda mübarizə yolunun başlanğıcı məhz 20 yanvar hadisələrindən başlayır. Təkcə mən yox çoxları belə düşünür və müqayisəli təhlil aparıb görərik ki, 44 günlük müharibədə qələbənin əldə olunması 20 yanvar hadisələrindən başlayır. Biz qamətimizi artıq dik tuturuq. Buda Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin Ali Baş Komandan kimi yüksək siyasi yetkinliyinə malik olmasını, eyni zamanda Zəfərli ordumuzun bugün heç nədən çəkinmədən torpağı hər şeydən üstün tutub işğal altında olan torpaqlarımızın azad olunmasına gətirib çıxarması xalqımızın qələbəsidir. Ona görə də mən düşünürəm ki, qələbənində startı 20 yanvar hadisələrindən götürülməklə bərabər onun bünövrəsidə Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin qətliamdan bir gün sonra, yanvarın 21–də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat vermişdir. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pisləmişdir.
1990–ci ilin yanvarında Lənkəranda baş verənlər Azərbaycanda törədilən hadisələrin tərkib hissəsi idi. Lənkəran torpağının vətənpərvər oğulları 1990–cı ilin qanlı 20 yanvar hadisələrində əsl hünər nümunəsi göstərərək, Bakıya soxulmuş qırmızı imperiyanın qoşunu qarşısından qaçmayıb, sinələrini yurda sipər etdilər. Onlardan Asif Əsədullayev, Telman Bağırov, Mircamal Əbülfətov, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19–dan 20–nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı oldular.
Azərbaycanlıların dədə baba torpaqlarından qovulması Dağlıq Qarabağda baş verən hadisələr zamanı mərkəzi hakimiyyətin açıq-aşkar ermənilərin müdafiəsinə qalxması Azərbaycanın o dövrdəki rəhbərliyinin cəsarətsiz mövqeyi Lənkəranlıların səbr kasasını coşdurmuşdu. 33 il bundan öncə Lənkəranda mərkəzi park Azadlıq meydanı adlanırdı. Bu meydana yığışanlarında əsas tələbi azadlıq idi.Onların tələbi ilə keçmiş ittifaq dönəmində ilk dəfə olaraq Lənkəranda Sovet hakimiyyətinin fəaliyyətinin 15 günlüyə dayandırılması baş verən hadisələrin kuliminasiya nöqtəsi oldu. 1990–cı il yanvarın 11–dən 26–na qədər yerli idarəetmə qurumlarının bütün funksiyalarını Azərbaycan Xalq Cəbhəsinin idarə heyəti tərəfindən yaradılmış Müvəqqəti Komitə həyata keçirib. Həmin komitənin keçmiş üzvlərindən, hazırda təqaüddə olan tarix müəllimləri Əbdül Hüseynov, Rahim Nuriyev və İltifat Rəhimzadə söhbət zamanı qeyd edirlər ki, Azərbaycan Ali Sovetini çağırmaq, Dağlıq Qarabağın statusunu ləğv etmək tələblərin yerli əhali izdihamlı mitinqlərlə dəstəkləyirdi. Həmin vaxt xalqı azadlıq hərəkatından uzaqlaşdırmaq məqsədilə maraqlı qüvvələr tərəfindən tərkedici tədbirlərədə əl atılıb. 1990–cı il yanvarın 19–da minlərlə sakinin sərhədləri aşaraq İran tərəfinə keçirilməsinin təşkili bunun əyani sübutudur. Keçmiş ittifaq məhz bunu əsas götürərək yanvarın 25–də Lənkərana qoşun yeritdi. Hərbi vertolyotlarla gələn silahlı dəstələrə diviziya komandiri polkovnik Totski rəhbərlik edirdi. Rus ordusu öz zabitini kapitan Kanapilovu arxadan vuraraq bunun günahını cəbhəçilərin milli müdafiə batalyonunun üzvlərinin üstünə yıxaraq heç bir xəbərdarlıq etmədən atəş açdılar. Yanvarın 26–da gözlənilən təhlükəni şəhərdən uzaqlaşdırmaq məqsədilə Haftoni meşələrinə çəkilən 350 nəfərlik özünü müdafiə batalyonunun aqibəti isə faciə ilə bitib. Əslində imperiya qoşunlarının Lənkəranı hədəfə alması təsadüfi deyildi. Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd–şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə–qorxu gəlirdilər. 1990–cı il yanvarın 11–də Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Bütün xalq ayağa qalxmışdı. Şəhərin mərkəzi meydanında keçirilən mitinqlərdə hökumət ermənipərəst mövqe tutmaqda günahlandırılırdı. Kommunist Partiyasının üzvləri biletlərindən imtina edirdilər. Yanvarın 20–də Bakıda törədilən qanlı faciə vəziyyəti daha kəskin həddə çatdırdı. Milli Ordunun yaradılması istəyi ortaya çıxdı. Rus hərbçilərinin özbaşınalıqlarına qarşı çıxan yüzədək könüllü adi ov silahları ilə də olsa, onlara müqavimət göstərməyə çalışırdı. Əsas məqsəd hərbiçiləri şəhərdən uzaqlaşdırmaqla nahaq qanın tökülməsinin qarşısını almaq idi.Şəhərdə camaatın başı üzərində, ağacların üstündən vertolyotların dövrə vurub vahimə yaratması və şəhərə salınmış BTR–lərlə əhalinin qorxudulması, bütün bunlar təxribat idi. Bunada nail oldular. Haftoni meşəliyində qüvvələrin qeyri–bərabər şəraitdə keçən döyüş zamanı Lənkəran özünü müdafiə batalyonunun 6 üzvüLənkəran rayon sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov amansızlıqla qətlə yetirildi.Silahlılar 16 nəfər lənkəranlı gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxlayıblar. Onlardan bir nəfəri Tariyel Abdullayev Ulyanovska aparılarkən vertolyotda boynuna telefon məftili dolayaraq boğaraq öldürüblər.Vəhçicəsinə öldürülən Tariyel Abdullayevin meyidi Bakıda Salyanski kazarmanın qabağındakı küçəyə atılmışdır. Əlbəttə ki, o şəhid olanların heç birinin qanı hədər getmədi. O şəhidlərin qanı üzərində bizim dövlət müstəqilliyimiz quruldu. Biz dövlət müstəqilliyi əldə etdik. Qorbaçov siyasətinin, Qorbaçov rejiminin mahiyyəti ermənipərəstlik idi, onları dəstəkləmək idi. Azərbaycan bu məsələdə tək idi. Yalnız özünə güvənməli idi, özünə də güvəndi. İllər sonra 1995–ci aprelin 27–də Mixail Qorbaçov Türkiyənin İstanbul şəhərində 20 yanvarla bağlı demişdir: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Bu faciədə Bakı, Neftçala və Lənkəran daxil olmaqla ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bugün isə 33 il keçməsinə baxmayaraq bu tarix şəhidlərin şəhadət günü milli–azadlıq hərəkatının hünər səlnaməsi kimi xatırlanır. 20 Yanvar şəhidləri ilə bərabər, 26 yanvar hadisələri zamanı həlak olmuş 6 nəfərin də adı Lənkəran şəhərinin girişindəki Şəhidlər Xiyabanında əbədiləşdirilib. 33 ildir ki, yerli sakinlər bu müqəddəs məkanı ziyarət edir.Azərbaycan xalqı bütün şəhidlərinin xatirəsini daim əziz tutur, onların xatirəsini hörmətlə anır.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Baxış sayı: 851
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib