18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
NAXÇIVAN MUXTAR RESPUBLİKASI: 14 İYUL TARİXİNİN İŞIĞINDA TƏŞƏKKÜL TAPAN İQTİSADİ İNKİŞAF-Cavadxan Qasımov
Tarix: 14-07-2021 15:58 | Bölmə: Gündəm

Tarixi zəfərinin və ərazi bütövlüyünün təmin olunmasının tükənməz qüruru ilə qüdrətlənən Azərbaycan Respublikasında istər dövlət quruculuğu, istər iqtisadi inkişaf, istərsə də davamlı perspektivlər istiqamətində reallaşan hər bir tədbir xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin sevilən Adı və fəaliyyəti ilə bağlıdır. Onun müdrik siyasəti və həmişəyaşar ideyaları ölkəmizin həm regional, həm milli mahiyyəti artan iqtisadiyyat quruculuğunu təmin etməkdədir ki, bu da bütün dövrlərdə nəinki, Cənubi Qafqaz regionu üçün, hətta dünya iqtisadiyyatı üçün olduqca səmərəli və məhsuldar olmaqdadır. Xüsusilə, hələ keçmiş İttifaq dövründə dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin başlandığı 14 iyul tarixi misilsiz uğurlar üçün siyasi, iqtisadi, sosial, tarixi və hüquqi başlanğıc olmaqla, elə tarixə qızıl hərflərlə yazıldı. Məhz həmin dövrdən etibarən bütövlükdə Azərbaycan miqyasında olduğu kimi, eyni zamanda, onun regionları üçün də dayanıqlı, müqavimətli və perspektivli inkişaf dinamikasının əsasları qoyuldu ki, burada da Naxçıvan Muxtar Respublikasının yerini qürurla qeyd etmək olar.
Təbii ki, hazırkı müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq keçdiyi qətiyyətli inkişaf yolu 14 iyul tarixinin önəmini daha yaxından ifadə etməkdədir. Çünki, əldə olunan uğurlar, yaradılan etibarlı və dayanıqlı potensial və müqavimətlilik, həmçinin, uzunmüddətli perspektivlərin güclü əsasları məhz həmin iftixarlı tarixin güclü bazası əsasında mümkün olmuş, qərarlaşmışdır. Müstəqllik dövrünün modernləşmə və dünya iqtisadiyyatına inteqrasiya çağırışları ölkə iqtisadiyyatının davam islahatlar fonunda keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə etibarlı zəmin yaratmış və nəticədə müəyyən olunan hədəflər daha da əlçatan olmuşdur. Əlbəttə, bu isə, ölkə iqtisadiyyatının regional mahiyyətinin yüksəlməsini stimullaşdırmışdır.
Dahi rəhbərimiz Heydər Əliyevin 1969-1982-ci qızıl illərdə ölkəmizin rəhbərliyində olduğu birinci mərhələdə hazırda əldə olunan makroiqtisadi uğurlar üçün güclü əsaslar yaradılmışdır. Elə bu mənada da qeyd edə bilərik ki, hazırda ölkəmizdə milli iqtisadi quruculuq proseslərinin davamlılığı və perspektivliliyi istiqamətində reallaşan tədbirlərin və müəyyən olunan hədəflərin qürurverici dayağı, istinad nöqtəsidir 14 iyul. Həmin tarix iqtisadiyyatın şaxələndirilməsində və rifah göstəriciləri ilə təşəkkül tapmasında əlamətdar olmuşdur.
Böyük fəxrlə birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Respublikasında, o cümlədən, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir iqtisadi şəraitdə reallaşan islahatlar və bu əsasda əldə olunan yüksək perspektivli nəticələr Ulu Öndərin rəhbərliyinin İttifaq illərində sosial-iqtisadi siyasətin uzaqgörənliklə, məqsədyönlülüklə və dahiliklə başlandığını qətiyyətlə göstərməkdədir.
Qeyd etmək olar ki, muxtar respublikamız həmin güclə, həmin ideya ilə və həmin təşəbbüslərlə 2021-ci ilin yanvar – may aylarının da sosial-iqtisadi inkişaf dövrünü geridə qoymuşdur. Müasir müstəqillik illərinin son 26 ilində möhkəm dayaqlar üzərində təşəkkül tapan uğurlar cari ilin ötən dövründə də stimullaşdırıcı mexanizmlərlə milli iqtisadi inkişafa xidmət etməkdədir. Təhlillər göstərir ki, muxtar respublikada iqtisadiyyatın sahə strukturu ölkənin milli iqtisadiyyat üzrə hədəflənən uzunmüddətli perspektivlərinə uyğun təşkilatlanıb və ona birbaşa olaraq təkan olmaqdadır. Fikrimizi 2004-cü ildən etibarən artan qərarlılıqla davam edən regional inkişaf üzrə Dövlət proqramlarının milli iqtisadiyyat üçün gətirdiyi imkanlar əsasında da ifadə edə bilərik. Elə bunun nəticəsidir ki, artıq ölkəmiz səviyyəsində istehsalın miqyası öz əhatəsini regionlara doğru genişləndirmiş, artan təlabatların qarşılanmasından, yerli məhsul istehsalından, daxili bazarın qorunmasından və digər makroiqtisadi inkişaf göstəricilərindən ibarət uğurlar isə müəyyən olunan milli – iqtisadi hədəflərin reallaşması fonunda regionlardan mərkəzə doğru irəliləmişdir. Bu isə, təbii ki, iqtisadiyyata dayanıqlılıq gətirərək, onun sosiallaşmasını və müqavimətliliyini daha da gücləndirmişdir.
Bunu əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsulun (ÜDM) həcmi də göstərməkdədir.

Təhlillər göstərir ki, 2021-ci ilin yanvar-may aylarında muxtar respublikada istehsal olunan ÜDM-nin həcmi 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,3 dəfədən çox artmışdır. Bu, həm də iqtisadi islahatların səmərəliliyinin mühüm ifadəsi olaraq daha strateji mahiyyətə malikdir.
Qeyd edək ki,burada diqqət çəkən bir sevindirici məqamı vurğulamaq yerinə düşər. Naxçıvan Muxtar Respublikasında ÜDM-nin artım dinamikasına diqqət edərkən aydın olur ki, 2010-cu ildə bu göstərici bir milyard manatı ötmüş və 1 milyard 171 milyon 305 min 700 manat təşkil etmişdir. Məhz geridə qalan illərin genişmiqyaslı uğurlarla müşayiət olunmasının nəticəsidir ki, artıq cari ilin təkcə beş ayında muxtar respublikada ÜDM-nin həcmi bir milyard manatı keçmiş və 1 milyard 24 milyon 906 min 300 manata çatmışdır. Qeyd edək ki, iqtisadi göstəricilərin belə artan dinamikada təşəkkülü onun sosiallaşmasını daha da gücləndirmiş və nəticədə 2021-ci ilin yanvar-may aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2218,9 manat olmuşdur ki, bu da 2014-cü ilin yanvar-may aylarındakı (1797,3 manat) göstəricidən 1,3 dəfəyə yaxın artmışdır.
Milli iqtisadiyyat üzrə perspektivlər muxtar respublika iqtisadiyyatının təminatqabiliyyətliliyinə olduğu kimi, eyni zamanda, onun şaxələndirilməsinə də əlverişli zəminlər açmış, xüsusən də, onun sənaye əhəmiyyətinin artmasında özünü göstərmişdir. Ölkəmizdə sənayeləşmə siyasətinin səmərəli təşkili və idarə olunması sahəsindəki tədbirlər muxtar respublika iqtisadiyyatında da etibarlı dayaqlarını formalaşdırmışdır. Hazırda əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda ilk yerdə təşəkkül tapan sənaye mühüm sosial əhəmiyyətli sahəyə çevrilmişdir. Kəndlərin iqtisadi inkişafı, təsərrüfat sahələrinin məhsuldarlığının artması, istehsal infrastrukturunun təşkilatlanması sənayenin də perspektivlərinin artmasına zəmin yaratmışdır.

Göründüyü kimi, muxtar respublikada cari ilin yanvar-may ayları ərzində istehsal olunan sənaye məhsulunun həcmi 2014-cü ilin eyni dövrünün göstəricisindən 1,2 dəfədən çox artıq olmuşdur. Sənaye özünün inkişaf dinamikasına görə artıq makroiqtisadi siyasətin hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün tam qətiyyətlə demək olar ki, sənaye həmin potensialla muxtar respublikanın məşğulluq imkanlarının genişlənməsində zəruri rola malik olması ilə təşəkkül tapmışdır.
Böyük rəhbərimizin həmişəyaşar ideyaları ilə inkişaf edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında aparıcı sahələrdən birini də kənd təsərrüfatı təşkil etməkdədir. Çox zəruri sosial üstünlükləri ilə də güclü potensiala malik olan bu sahə bütün kənd və qəsəbələrin davamlı inkişafı sahəsində də əhəmiyyətli yerdə dayanmaqdadır. Elə bunun nəticəsidir ki, artıq muxtar respublikada ucqar kəndlərdə belə aqrar sektorun perpektivlərinin ifadəsi olmaqla istehsal müəssisələri fəaliyyət göstərir və bunlar da özündə əhali məşğulluğunun davamlılıq göstəricilərini əks etdirməkdədir.

Təcrübəli və qətiyyətli sosial-iqtisadi siyasət nəticəsində muxtar respublikada kənd təsərrüfatı müəyyən olunan hədəflərin reallaşmasında strateji önəmliliyi ilə seçilməkdədir. Hesablamalar da göstərir ki, cari ilin yanvar-may aylarında istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,4 dəfə artmışdır. Təbii ki, bu göstərici həm də, ümumilikdə, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsindəki səmərəliliyin mühüm nəticəsi olaraq aktuallıq daşımaqdadır. Eyni zamanda, bu göstəricilər 2021-ci il də daxil olmaqla, qarşıdakı dövrlər üzrə iqtisadiyyatın şaxələndirilməsi fonunda daha məhsuldar nəticələrin əldə olunacağına təminat verəcəkdir.
İstər sənayenin, istərsə də kənd təsərrüfatının artan dinamika üzrə təşkilatlanması öz ifadəsini istehsal olunan məhsulların çoxnövlülüyündə göstərməkdədir. Artıq muxtar respublikada hər iki sahə üzrə səmərəli inteqrasiyatəmin olunaraq mühüm nəticələr əldə olunmuşdur. İqtisadi idarəetmənin, həmçinin, yaradıcı ideya və təşəbbüslərin də gerçək ifadəsi olan bu amil nəticəsində artıq muxtar respublikada 384 növdə məhsul istehsal olunmaqdadır. Həmin göstəricinin 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarından ibarət olmaqdadır. Qeyd edək ki, əhalinin 108-i (və ya ümumi ərzaq növü üzrə 85 faizdən artığı) ərzaq, 242-si (və ya ümumi qeyri-ərzaq növü üzrə 94 faizdən artığı) qeyri-ərzaq olmaqla 350 (və ya ümumi məhsul növü üzrə 91 faizdən artığı) növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına təmin olunur.
Beləliklə, Ulu öndərin böyük Adı və sevilən fəaliyyəti ilə 14 iyul tarixindən başlanan davamlı uğur və nailiyyətlər ölkəmizi və onun regionlarını, xüsusilə də, Naxçıvan Muxtar Respublikasını öz hədəflərinə doğru inamla çatdırmaqdadır. Burada makroiqtisadi göstəricilərin artan miqyasda təşəkkülü milli iqtisadi quruculuq proseslərində muxtar respublikanın rolunu daha da gücləndirir. Məhz yarım əsrdən artıq bir dövrdə təşəkkül tapan sosial-iqtisadi baza qarşıdakı dövrlər üzrə daha böyük uğurlar gətirəcəkdir.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Baxış sayı: 1 038
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib