22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
BİR İNSAN ÖMRÜNDƏN SÖZ AÇIRAM MƏN-Ramiz QASIMOV
Tarix: 10-05-2021 02:27 | Bölmə: Gündəm

Bir sıra poemalarda ulu öndər Heydər Əliyevin möhtəşəm obrazı yaradılıb
II yazı
Naxçıvan ədəbi mühitində poema janrının inkişafı və zənginləşməsində şair İbrahim Yusifoğlunun da əsərləri mühüm rol oynayıb. Akademik İ.Həbibbəyli şairin yaradıcılığı haqqında yazırdı: “İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və məhsuldar nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir”. İbrahim Yusifoğlu həm də özünün çoxsaylı və məzmunlu poemaları ilə tanınıb: “O, günəş ömrüdür, sönməyəcəkdir”, “Mənim inamımı güllələdilər”, “Analı, anasız dünyam”, “Sulara danışdım yuxularımı”, “Armud ağacıyla yarımçıq dərdləşmələrim”, “İydəli dərənin uşaqları”. Bu tanınmış şairin “O, günəş ömrüdür, sönməyəcəkdir” poeması məzmun etibarilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilib. Bir neçə hissədən ibarət olan poemada Heydər Əliyevin şəxsiyyət etibarilə öz ölkəsinə göstərdiyi misilsiz xidmətlər, gətirdiyi əvəzsiz nailiyyətlər və onun Azərbaycanın dövlətçilik tarixində oynadığı rol diqqət mərkəzinə gətirilir. Poemanın “Ön söz” adlanan hissəsində şair bəhs açdığı şəxsiyyət haqqında oxucusuna məlumat verməyə, onun haqqında anlatmaya çalışır. Qeyri-adi şəxsiyyət, nadir insan haqqındakı məlumata uyğun olaraq bu hissədəki üslub, bədii vasitə də məhz o cür tərtib edilib. Mücərrəd bir məlumat tipi olan üslubdan istifadə edən şair “bir insan” kimi ifadəsi ilə bu mücərrəd şəxsiyyəti qeyri-adi əlamət və keyfiyyətlərindən bəhs etməklə təqdim etməyə başlayır. Şair bu nadir, görkəmli şəxsiyətin əlamətlərindənn bəhs etdikcə oxucu bu nadir şəxsiyyətin məhz müdrik lider Heydər Əliyev olduğunu qətiyyətlə sezir. Burada deyilir: Bir insan ömründən söz açıram mən, O, günəş ömrüdür, sönməyəcəkdir. Səadət verdiyi milyonlar qəlbən Onun haqq yolundan dönməyəcəkdir. ...Bir insan ömründən söz açıram mən, O, Heydər ömrüdür, sönməyəcəkdir. Canıtək sevdiyi milyonlar qəlbən, Onun haqq yolundan dönməyəcəkdir. Əsəri sənədli poema da adlandırmaq olar. Müəyyən məqamlarda tarixi-xronoloji məsələlərlə bağlı müdaxilə edərək izahat verən və müəyyən sənərlər təqdim edən müəllif tarixi gedişatla ədəbi məzmunu əlaqələndirir. Şair Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırov kimi rəhbərlərin cəlladlığı və xalqına vurduğu ağır zərbələri də dilə gətirir. Bununla müqayisədə ulu öndər Heydər Əliyevin hələ DTK-də işləyərkən xalqı üçün göstərdiyi misilsiz rəşadətlər oxuculara bəhs edilir. Onun Azərbaycanda rəhbərliyə gətirilməsi xalq üçün böyük bir tale payı olaraq qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə başlanan inkişaf, dirçəliş, xalqın ona olan rəğbəti minnətdarlıqla qeyd edilir. Düşmənin Heydər Əliyevin rəhbərliyə gəlməsindən sarsılmaı, gizli niyyətlərinin gerçəkləşməməsi müəllif tərəfindən birbəbir oxuucuya təqdim olunur. Poemada qanlı 20 Yanvar hadisələrinin törədilmsəi, Heydər Əliyevin Azərbaycan xalqının böyük oğlu kimi bu dəhşətli hadisələri törədənlərə qarşı həyata keçirdiyi misilsiz işlər və s. təfərrüatla verilir. Şair bu hadisələrin dəhşətini, kədərini hiss etdirmək üçün janr dəyişdirərək bayatıdan da istifadə edir və özünün müəllifli bayatılar ilə poemanı həm forma, həm də məzmunca zənginləşdirmiş olur. Bu dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi misilsiz dövlətçilik tədbirləri Azərbaycanın milli oyanışının nüvəsində dayanmaqla gələcək dövlət müstəqilliyinin əldə edilməsinə bilavasitə vəsilə olması poemada ümumiləşdirilir. Azərbaycanın o vaxtkı vəziyyəti, vətəndaş qarşıdurması, xaosun yaratdığı parçalanma təhlükəsi və s. xatırladılmaqla bütün Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə birmənalı çağırışı, onun Azərbaycana rəhbərliyə təkidlə dəvət olunması səslənişi əsərdə qeyd edilməklə, həm də yeni hadisələrə giriş rolunu oynayır. Poemanın sonrakı hissələrində lirik-epik şəkildə ulu öndərin rəhbərliyi altında Azərbaycanda – Naxçıvanda, Bakıda və bütün bölgələrdə həyata keçirilən misilsiz işlər ümumiləşdirilir. Şair Naxçıvan haqqında xüsusilə bəhs edir. Naxçıvanın sürətli inkişafı, yenidən qurulması və müasir görkəmə düşməsi poemanın bu hissəsində başlıcalıq təşkil edir. Bu mövzu və tendensiya şairin digər bir lirik-epik poeması olan “Bu nəğməm sənədi, doğma Naxçıvan” əsərində davam etdirilir. Əsər ideya və məzmunca “O, Günəş ömrüdür, sönməyəcəkdir” lirik-epik poemasının davamı təsirini bağışlayır. Əsər həm də publisistik ballada təsirini bağışlayır. Naxçıvan ədəbi mühitinin qocaman nümayəndələrindən olan Ələsgər Negrəmlinin “Heydərnamə”, “Epiloq”, “Od oğulları”, “Əhməd və Tahirə”, “Alın yazısı”, “Qum qalanın oğulları”, “İstedadın taleyi” kimi poemaları mövzu müxtəlifliyilə Naxçıvanda poema yaraıcılığının zənginləşməsinə xidmət etmişdir. Ələsgər Nehrəmlinin “Heydərnamə” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunub. Poemada Ulu Öndər Heydər Əliyevin misilsiz dövlətçilik xidmətləri və Azərbaycan xalqının bu görkəmli şəxsiyyətə böyük məhəbbəti başlıca yer alıb. “Proloq”, “Heydərin Vətən sevgisi”, “Heydər dühasıyla ucalır vətən”, “Xalqın sevgisinə layiqsiniz”, “Çünki öndə gedən o Heydər oldu”, “Səni çox axtardı gözü xalqımın”, “Səi qucaqladı belə Naxçıvan”, “Yaxşı ki qayıtdın Azərbaycana”, “Heydərin inamlı yüksəliş yolu”, “Heydərin İlhamlı yüksəliş yolu”, “Xalqın vuran gözüdür, Vuran ürəyi yoxdur” kimi bölmələrdən ibarətdir. Eyni mövzuda və yaxın məzmunda yazılmış ayrı-yrı şeir nümunələrini xatırladır əsər. Hətta şeirlərin yazılma tarixinə diqqət etdikdə bunu daha yaxından və aydın görmək də mümkündür. Lakin şeirlərin tarixi-xronoloji ardıcıllığa malik olması, məzmun əhatəsi və ideya inkişafı poema adlanmasına xələl gətirmir. Şair Ulu Öndərin misilsiz şəxsiyyəti və əzəmətli obrazını yaradır. Mənsub olduğu ölkəsini, millətini hər cür bəlalardan xilasedən böyük xilaskar kimi Heydər Əliyev fenomenini oxucusuna təqdim və təsvir edir. Onun misilsiz xidmətləri böyük bir xilaskarlıq missiyası və mücadiləsi kimi əzəmətli yerini tapır. “Heydər dühasıyla ucalır Vətən” hissəsində müəllif Heydər Əliyev-Azərbaycan qoşalığını poetik biçimdə məharətlə ifadə edir: Azərbaycan Vətənim, namusum, qeyrətimdir, Onu quran, yaradan öz xalqım, millətimdir. ...O Heydər dühasıdır, sənin görən gözlərin, Xoşbəxtliyə yol açır tükənməyən hünərin və s. Poemada Heydər Əliyev siyasətinə ləyaqətlə xidmət və davamçılıq edən İlham Əliyevin xidmətləri də təqdim edilib. Əsərin sonundakı “Xalqın görən gözüdür, vuran ürəyi Heydər” hissəsi epiloq təsirini bağışlayr və əsəri ümumiləşdirir. Müəllifin müdrik lider Heydər Əliyevin vəfatına həsr etdiyi və “ağı” təsirini bağışlayan “Epiloq” adlandırdığı əsər də öz mövzusunda layiqli poemalardan biridir. “Əbədi yaşayır Heydər”, “Sən oldun”, “Heydər ideyası, Heydər zəkası”, “Davam edir Heydər yolu” kimi bölmələr daxilində şair bir xalqın əvəzsiz və nəhəng övladı olan Heydər Əliyev kimi görkəmli bir simasının vəfatından doğan kədəri, ona olan hədsiz sevgi, sayğı və ehtiramı bədii biçimin qüdrətilə ifadə etməyə çalışıb: Bütün dünya tutdu acı xəbəri, Milyonları boğdu acı bir qəhər. Saldıq son mənzilə yola Heydəri, Dünyasını dəyişdi O Ulu Öndər!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 643
Bölməyə aid digər xəbərlər

1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi
14-06-2026, 16:16
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün cəsarət və fədakarlıq nümunəsidir-Könül Nurullayeva
5-06-2026, 00:04
Anar Eminov: “Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir”