18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
MƏNİM ZƏFƏR DİLİM-Ramiz QASIMOV
Tarix: 15-12-2020 14:18 | Bölmə: Gündəm

Xalq şairi Məmməd Arazın çox yerinə düşən və məşhur “Əsgər qəbri haqqında ballada” əsərində diqqəti cəlb edən belə qəribə misraları var:
Bu şəhərdə sakinlərin
söhbətləri
daş dilində.
Sevgiləri, nifrətləri
daş dilində.
Daş dilinin elə ağır
havası var,
Daş dilinin hələ susmaz
davası var...
Ey balladam, dindir onu,
qəbir dinər.
...Alışar o,
danışar o,
od dilində.
Göyərər o,
söz deyər o,
ot dilində.
Şair doğru deyirdi, hər şeyin öz dili var... Quş dili, ot dili, daş dili... Amma mən bu gün beynimi daha çox qurcalayan Zəfər dilindən danışmaq istəyirəm. O dildən ki bir-birimizin qəlbindən xəbər verənləri dilimizdən, gözlərimizdən anladığımız bir dildir. O dildən ki bu dil bizim həmrəyliyimizin səsi, birliyimizin dilidir. O dil mübarizə və qətiyyət rəmzi olan əsgərimizin dilidir, müdriklik və cəsarət nümunəsi olan Sərkərdə dilimizdir, Vətən, el-oba, torpağa sevgi, məhəbbət dilimizdir, Şuşa dilimiz, Qarabağ səsimizdir! O dil ki məhəbbətimizi, sevgimizi, qardaşlıq və dostluğumuzu, əlbəttə ki, nifrətimizi, ikrahımızı və qəzəbimizi b üküb ifadə edə bildiyimiz bir hislərimizin dilidir. Sözün qısası, xalqımızın birliyi, qardaşlığımızın gücü, döyüşən oğlanlarımızın – Milli Ordumuzun qeyrət və əzmi ilə 30 ildir, işğal altında saxlanılan doğma, əziz torpaqlarımız azad edildi. Qartal qanadlı Vətənimiz artıq dünya və səma üzərində qoşa qanadları ilə uçur. Xalqımız üçün müqəddəs yurd yerimiz olan Şuşanın noyabr ayının 8-də işğalçı qüvvələrdən böyük hünərlə, vətən məhəbbətli, türk qeyrətli rəşadətli əsgərlərimizin döyüş əzmi ilə təmizləndikdən sonra həyatımız, ümidlərimiz, zamanımız, hətta baxışlarımız, dilimiz dəyişdi. Dədəmiz Qorqud demişkən, sularımız qurumuşdu, çağladı axı, obalarımız yıxılmışdı, dirçəldi axı... Dilimiz, dilçəyimiz dirçəldi demək... Zəfər Günümüz yeni tariximz oldu. Bizlərdə ənənədir axı, tarixi möhtəşəm hadisələrdən başlamaq. Tariximizin ən möhtəşəm günü Zəfər Günümüzdən başlayır və başlayacaq hər şeyimiz. O Zəfər ilində, o Zəfər günüdə, Şuşanı alan ildə, Qarabağı alan vaxtda, Azərbaycan qələbə çalan vaxtda, erməniləri iti qovan ildə və s. Şuşanı aıldığımız il, aldığımız gün yeni doğuluş – diriliş günümüz oldu həyatımız üçün. Böyük Zəfərin əldə olunması təkcə həyatımızı dəyişmədi, həm də dilimzdə də inqilab, yeni dövr, dönəm - epoxa başlatdı. Tarixi bir Zəfər həm də artıq dilimzdə bir müddət əvvəl tez-tez, sıxlıqla işlədilən sözlərə son qoydu, onları kədər və təəssüf dolu tarixlə bərabər keçmişə tolazladı. “Dağlıq Qarabağ münaqişəsi” məhz o xoşagəlməz tarixi hadisələrin ən ümumiləşmişi, simvolu idi ki, bu anlayış civarında yaranan bütün sözlər də onunla bərabər tarixə qovuşdu. Xalqımızın Mübarizə qeyrətli, Qələbə müjdəli sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müjdə dolu xəbərlərlə səslənərkən demişdi:“İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur!” “Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uydurduğu yenilməz ordu əfsanəsi yoxdur!” Bəli, Azərbaycan xalqının dillərə və hətta əsrlərə dastan olacaq Zəfər hadisəsi nəinki ermənilərin özləri haqda uydurduqları bütün əfsanələri bitirdi, həm də İkinci Dünya müharibəsində bəşəriyyətin faşizm zülmündən xilasına möhtəşəm xidmətlər göstərmiş Azərbaycan müasir dövrdə neofaşizm olraq meydan sulayan ermənizmin dibinə baltanı çalmaqla bütün bəşəriyyətin canını bu bəladan qurtarmaq yolunda əzmini ortaya qoydu. Azərbaycanın Vətən müharibəsi uğrunda qazandığı böyük Zəfər Günü hər şeyi yenidən yazmağa zərurət yaratdı. Bəli, qazanılan böyük Zəfər təkcə hərb tariximiz üçün deyil, təkcə uğurlu diplomatiyamızın, informasiya sahəsindəki nailiyyətlərimizin qələbə təntənəsi deyil, həm də və daha çox ən yeni tarixin sabaha aydınlıq gətirən üzü və özülüdür. Bəli, 44 günlük bir Zəfər mücadiləsi 30 ilin müddətində dilimizi yağır edən bir çox sözlərinə də Zəfər şapalağı vurdu. Ali Baş Komandanımızın dediyi kimi, “Dağlıq Qarabağ münaqişəsi yoxdur!”, deməli, artıq bu problem ətrafında dolaşan ifadələr ordusu da yox olacaq. “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin ardınca düzülən bir sürü “təmas xətti, status-kvo, Dağlıq Qarabağın statusu, atəşkəsi pozmaq” və bir sıra erməni faşizminin içində bişdiyi min cür yalan-dolan, saxta problemlər və “zir-zibil” sözlər dilimizdən də silinib “cəhənnəmə getdi, gora getdi”. “Dağlıq Qarabağ” ifadəsi də dilimizdən təmizləndi, indi artıq sadəcə Qarabağ var, Azərbaycanın canı, bağrı, dilbər guşəsi. Çünki onu yaradan şərin biabırçı məğlubiyyəti ilə o ifadə də çıxdı dilimizdən. Dilimiz bir sürü xoşagəlməz söz və ifadələrdən təmizləndi və təmizlənəcək də, arınıb yenilənəcək. İndi artıq qazanılan bu qürurlu Zəfər Gününün sayəsində dilimizə yeni sözlər, ifadələr daxil olacaq. (Hətta Zəfərin əldə edilməsi, yeni bir tarixi mərhələnin və həyatın başlanması ilə əlaqədar bir sıra tarixizmə çevrilən sözlərin lüğətini hazırlamaq mümkün olduğu kimi, dildə yeni yaranan və leksik fonda daxil olacaq yeni sözlərin sözlüyünü də tərtib etmək mümkündür – R.Q.). İndi gündəmi məhz Zəfər dastanları tutacaq, dilimizin ilk əzbərinə çevrilən və elə ən fəal ifadəni təşkil edən “Zəfər Günü” söz birləşməsi olacaq. Bu ana sözümüz olan Zəfər Günümüzdən dilimizə daha nə qədər sözlər doğulacaq, dillər danışacaq. “Zəfər Bayrağı”, “Qələbə paradı”, “Müzəffər Azərbaycan Ordusu”, “Vətən Müharibəsi”, “Vətən Müharibəsi Qəhrəmanları”, “Vətən Müharibəsi qaziləri”, hətta “Suqovuşan”, “Çinarlı” kimi yer adları, “Naxçıvan dəhlizi”, “Naxçıvan-Bakı marşrutu”, “Naxçıvan-Şuşa-Bakı marşrutu” kimi ifadələr və daha nə qədər deyiləcək sözlər, bəhs olunacaq mətləblər olacaq. Bu müddətdə dilimizə həm də yeni ritorika, yeni ifadə tərzi və cümlə sintaksisləri daxil oldu. Ali Baş Komandanımızın dilindən həm də çoxsaylı və əbədi işlənəcək sintaktik quruluşlar, cümlə nümunələri deyildi. Ali Baş Komandanımızın nitqində dilimizin diplomatik qüdrəti, siyasi hünəri və hərb dili tematikası uğurla təzahürünü tapdı. “Qarabağ Azərbaycandır və nida işarəsi” cümləsinin tipinə uyğun olaraq “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”, “Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır” kimi cümlə modelləri fəallıq qazandı. Artıq hərbi vəziyyət elan olunan, torpaqlarımızın işğaldan azad olunan bir vaxtında dilimiz də silaha döndü, sözlər mərmiyə çevrildi, cümlə ritorikası raket kimi istifadə edildi. Mən əminəm ki, Azərbaycan dilinin tədrisi prosesində, müxtəlif replika və çıxışlarda Prezidentimizin “Qarabağ Azərbaycandır və nida işarəsi” cümlə tipinə uyğun nümunələr və örnəklər, o cümlədən “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”, “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” kimi özünəməxsus quruluşlu nida cümlələri qəlibləşməklə bərabər, dildə artan nümunələri ilə çoxluq təşkil edəcək və bir dil vahidi, nitq elementi ənənəsi təşkil edəcəkdir. Zəfər, əlbəttə, qalibiyyət, məğrurluq və hünər deməkdir. Prezidentin bu müddət ərzindəki danışığı, çıxışları həm də mübariz və qalib bir sərkərdənin amiranə, hökmlü bir nitq tərzini, natiqlik nümunəsini də örnəyə çevirdi. Amiranəlik və qalibliyin təzahürü kimi düşmən ölkənin başçısının lətifəsayağı hədəfə çevrilməsi, gülüş obyekti olması və onlardan qaynaqlanan sənədlər, şərtlər, ifadələrlə bağlı sərt bir ismarıc ifadə edən “Nooldu Paşinyan? Bəs Cəbrayıla yol çəkirdin? Rəqs edirdin? Nooldu, hanı status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status... Nə qədər ki mən Prezidentəm, olmayacaq status!” kimi ifadələr dillər əzbəri oldu, düşməni ələ salan lətifə və anekdotların predmetinə çevrildi. Hətta qətiyyətlə deyərdik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “nooldu Paşinyan?”, “dəmir yumruq” kimi ifadələri dilimizdə zərbi-məsələ çevrildi. Habelə Azərbaycan Prezidentinin “...Biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” və “Biz onları iti qovan kimi qovuruq” kimi ifadələri də artıq dillər əzbərinə çevrilən məsəllərinə dönüb və dönəcək də.Yeni “İtiqovan” Pilotsuz Uçuş Aparatlarının da Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanması bu məşhur ifadəni layiqli ada çevirməklə əbədiyaşarlığa çevirdi. Bu, həm də ciddiyyətlə bərabər düşməni gülüş hədəfinə çevirməklə öldürmək ənənəsində ana dilimizin yumoristik, öldürücü gülüş vasitəsi olmaq hünərini ifadə edirdi. Və bir də ən əsası vaxtilə düşmənin bolluğu, xəyanətlərin çoxluğu üzündən həm şəhid verən, həm də torpaqları işğal edilən əziz xalqımız bu Qələbə Gününün ardından artıq qürurlu, vüqarlı, qalib dili ilə amiranə, hökmlü danışıq ritorikasına da sahib oldu. İndi hər bir Azərbaycan vətəndaşı və dünyanın harasında olursa-olsun, yaşayan azərbaycanlı məhz inamla “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” müdrik kəlamı və Azərbaycan türkü olmağın kəlmeyi-şəhadətini ifadə etməyə, amiranə danışmağa qabil olacaq. Axı qalibin öz dili var!!! Qalibiyyət dili hökm, amiranəlik, özünə inam, güvən dilidir!.. Çəkən çəksin, çəkməyən də özü bilsin, biz qalibik ha! İndi Qarabağda, onun canında – Şuşada, Xankəndində və başqa can torpaqlarımızda, Xudafərində, Çinarlıda, Suqovuşanda Azərbaycan bayrağı can qardaşlarının gözlərinə məğrur-məğrur baxa-baxa, düşməninin bağrını çatlada-çatlada dalğalanır ha! Bu da qalib kimi dalğalanan Bayraq dilidir, qalib və azad Bayrağımızın dilidir!
Bu heç unudularmı ki, dilimiz həm də qardaşlıq və dostluq dilidir. Bütün zamanlarda, yaxşı gündə də, pis gündə də Türkiyə və Pakistan kimi qardaş ölkələrin, xüsusilə türk qardaşlarımızın qətiyyətli səsləniş və dəstək ifadələrində məhz bu qardaşlıq dili danışırdı. Sentyabrın 27-də kafir donlu düşmənlər sərhədlərimizə hücum çəkib müharibəni başladan saatdan Türkiyə Cümhuriyyəti yetkililəri “Biz bu haqq savaşında bütün qüvvəmiz və imkanlarımızla Can Azərbaycanın yanındayıq!” nidasından başlamış Zəfər Paradındakı Türkiyə Cümhuriyyəti və xalqının təmsilçisi olan Rəcəb Təyyib Ərdoğan cənablarının səmimi təbrik sözləri, Araz bayatısı və “Laçın, Laçın, ay Laçın, Can sənə qurban Laçın” yanıqlı ifadəsinə qədər qardaşlığın dilində bütün hisslərini ifadə etdi, qardaşlıq dilində danışaraq qardaşlığın təcəssümü və təzahürü kimi çıxış etdi. Azərbaycan Respublikası Prezidentinin “İnşaallah, qardaşım Ərdoğanla birlikdə Şuşaya gedəcəyik” mesajıda dildən süzülən qardaşlıq və birlik ismarıcının uğurlu nümunəsi, yıxılmaz körpüsü idi.
Əlbəttə, hələ çoz sözlər yaranacaq. Çox şeylər deyiləcək. Çünki azad edilən torpaqlarımızın bir də qurulub həyatla aşıb-daşan vaxtları olacaq, onların da öz sözü, söhbətləri olacaq. Hələ Şuşada Cıdır düzündə el birliyilə yandıracağımız tonqal ətrafında əl-ələ gedəcəyimiz yallı günü var. Bu Vətən müharibəsi günlərində bir daha göründü və təsdiqləndi ki, Şuşa həmrəylik məkanımız, birlik rəmzimizdir. Şuşa birliyimizin də, qardaşlığımızın, dostluğumuzun, hətta qəzəb və sevgimizin danışan dilidir! Bir sözlə, bu gündən – Zəfər Günümüzdən, Qələbə Paradımızdan başlayaraq dilimizdə yeni günlərimizlə əlaqələi çox-çox sözlər yaranacaq, dilimiz yeni bir tarixə, həyata açılacaq və yeni sözlərlə zənginləşəcək, yeni ton, intonasiya qazanacaq və daha nələr, nə qədər qələbə, quruculuq, qəhrəmanlıq dolu hekayələr danışılacaq!!! Şəhidlərimiz qəhrəmanlıq dilində, məzarlarımız daş dilində, ot dilində, Şuşamız, Xankəndimiz, Qarabağımız torpaq dilində, iş dilində hələ çox şeylər danışacaq, çox dastanlar bağlanacaq. Hələ Ağdamımız, Laçınımız, Zəngilanımız... otu ilə, torpağı ilə, daşı ilə dilə gəlib çox şeylər danışacaq. Xudafərin Arazın, daşın dililə çox məsələlər bəhs edəcək. Şuşamızdan Seyidin səsilə, Üzeyir nəfəsilə, Xarı bübülbül sevgisilə hələ çox Xudayar təsnifləri dinləyəcəyik. Hələ çox!!!
Ramiz QASIMOV,
Sadəcə Qələbə məğrurlu Azərbaycan vətəndaşı
Baxış sayı: 1 031
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib