18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
ZƏFƏR GÜNÜNƏ BƏDİİ ƏDƏBİYYATDAN GEDƏN YOL
Tarix: 30-10-2020 23:23 | Bölmə: Gündəm
Hər bir xalqın bədii ədəbiyyatı onun həyatının güzgüsü, arzu və istəklərinin obrazlı ifadəsidir. Mütərəqqi ədəbiyyat çox zaman mənsub olduğu xalqın həyatının əks etdirməklə kifayətlənməyib, onun inkişafını əngəlləyən səbəblərə, problemlərə işıq salaraq onların aradan qaldırılması yollarını göstərərək bədii sözlə mübarizə meydanına atılır. Qələmlə mübarizənin ən mükəmməl nümunələrini Azərbaycan ədəbiyyatının istənilən mərhələsində ədiblərimiz yaratmışlar. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinə gedən yol o dövrün bədii ədəbiyyatından və mübariz satirik “Molla Nəsrəddin” jurnalından keçmiş, ikinci dəfə Azərbaycanın SSRİ-nin tərkibindən ayrılması yenə1980-90-cı illərin istiqlal şairlərinin və ədiblərinin yaradıcılıqlarının təsiri ilə baş vermişdi. Qətiyyətlə demək olar ki, sentyabr ayının 27-dən ermənilərin başladığı ağır artilleriya atəşlərinin qarşısını almaq məqsədilə edilən əks-hücumlarda qazandığımız zəfərləri tarixin səhifələrinə qeyd etdiyimiz bu gün müstəqillik dövrü ədəbiyyatımızın bütün ədəbi növ və janrlarının qəhrəmanlarının vətənlə bağlı yeganə arzusu olmuşdur. Düşmən tapdağı altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması, Şəhidlərimizin qanının yerdə qalmaması, onların nigaran ruhlarının rahatlıq tapması damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşın olduğu kimi, hər bir ədəbi qəhrəmanın da ürəyinin diktə etdikləri olmuşdur. Fikrimizi təsdiq üçün Azərbaycan ədəbiyyatının müstəqillik dövründən yetəri sayda bədii nümunələrin adlarını qeyd edə bilərik. Lakin bu dövrün ədəbi nəsrinin iki tanınmış nümayəndəsinin iki hekayəsi ətrafında fikirlərimi bölüşmək istərdim. Bu əsərlərdən birincisi Azərbaycanın “Xalq yazıçısı” Hüseyn İbrahimovun (1919-2008) yaradıcılığının müstəqillik dövrü mərhələsinin şah əsəri “Ata, qız və bostonlu Franklin” hekayəsi və Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri doktoru, professorAkif İmanlının (1948)“Müharibə başlandı” novellasıdır.Ədəbi yaradıcılığa 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə çap olunan “O, düşməndə qoymadı anasının qanını” adlı şeiri ilə başlayanHüseyn İbrahimovun “Azərbaycan ədəbiyyatının hekayələrdən düzəldilmiş nəhəng boyunbağısına bəxş etdiyi mirvarilər” (Akademik İsaHəbibbəyli)içərisində müstəqillik dövrünün gerçəkliklərini ifadə edən “Ata, qız və bostonlu Franklin” hekayəsi Xalq yazıçısının hekayə yaradıcılığında çatdığı ən yüksək zirvədir. Bir deyil, bir neçə ictimai-siyasi, mənəvi-əxlaqi mətləblərə (məcburi köçkünlük, ailə başçılarının itirilməsisəbəbindən maddi keçinməzlik, başqalarına əl açmağa məcbur qalınma, dünyada aparılan dırnaqarası siyasi islahatlar, vətənpərvərlik, halallıq, məişət çətinlikləri, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması zərurəti və s.) toxunulan bu kiçikhəcmli hekayədə həm əsl ziyalı-pedaqoq, həm də əsl vətəndaş obrazı yaradılmışdır. Məktəbi özünə doğma ocaq, ev, şagirdlərini isə həqiqi övladlar hesab edən Kamran müəllim bütün həyatını gələcəyimiz olan şagirdlərə elm öyrətmək yolunda fəda etməyi özünə şərəf bilən, maddi çətinliklərin tədris prosesini ləngitməyinə imkan verməyən, yaltaqlıq və mədhiyyəçilik kimi mənfi mənəvi keyfiyyətləri yaxına qoymayan, şagirdi Nurtəkinin rüşvət təklifindən mənəvi sarsıntı keçirən bir qəhrəmandır. Onun ən başlıca keyfiyyəti vətəni Azəırbaycanı sonsuz məhəbbətlə sevməyi və onun dərdini öz ürəyində daim hiss etməyidir. Belə ki, Kamran müəllimin fikrincə, torpaqları, “qız-gəlinləri, körpələri düşmən əsarətində olan, irz-namusu düşmən tərəfindən tapdalanmış bir xalqın, Prezidentindən tutmuş xadiməsinə kimi deyib-gülməyə, şənlənib-şadlanmağa haqqı yoxdur”. Şəhidlərimizin qisası alınacaq böyük intiqam gününü görməmiş Kamran müəllim canını Əzrayıla belə təslim etmək istəmir: “Bütün gücünü toplayıb əvvəlki sözünü təkrar etdi: “Yoxsa ölürsən, Kamran?!” Birdən elə bil səsi gücləndi: “Yox, yox!.. Sənin ölməyə haqqın yoxdu! Axı sənin hələ görməli günlərin qabaqdadı.. Sən böyük İntiqam gününü görməlisən... Şəhid cavanlarımızın, gözləri çıxarılan körpələrimizin, başı kəsilən qocalarımızın, namusu tapdalanan qız-gəlinlərimizin intiqamı alınacaq o günü görməlisən... Ölmə, Kamran, ölmə!””. Həyat yoldaşı itgin düşmüş, özü ilə balaca qız uşağını keçindirmək üçün dilənməyə məcbur qalan cavan gəlini görəndə ildırım vurmuş kimi silkələnən, dili tutulan, ehtiyat üçün yığdığı pulu sonuna qədər bu gəlinə versə də: “Qızım, çalış bir yerdə işlə ... bizim millətə dilənmək yaraşmır” - deməsi də Kamran müəllimin vətənin ağrısı, acısını öz şəxsi kədəri kimi görməyinin nəticəsidir.
Haqqında bəhs etmək istədiyim digər əsər isə 20 il bundan öncə qələmə alınmış Akif İmanlının “Müharibə başlandı” novellasıdır. Əsərin baş qəhrəmanı Murad müəllim vətənpərvər və açıqsözlü, son dərəcə mədəni, düşmənə nifrət edən, itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün müharibəyə qoşulmağa hər an hazır olan bir ziyalı obrazı kimi elə müəllif ideyalarının daşıyıcısıdır. Əsər həm gözlənilməz nəticə ilə qurtarması, həm də maraqlı süjet xəttilə seçiləndir. Düşmən onun xalqına qarşı necə amansızdırsa, Murad müəllim də eyni dərəcədə amansız olmaq gərəkdiyini düşünür. Əsərin əvvəlində həyat yoldaşı Xədicənin telefon zənginə cavab verən Murad sonda da həmin telefon zəngini bitirir. Bütün hekayənin əhvalatları, hadisələri də bu telefon zəngində nəql olunur. Xədicə xanımın tamamilə başqa məzmunda olan xəbərini müharibənin başlanması xəbəri kimi eşitməsi Murad müəllimin uzun zamandan bəri bu xəbəri gözlədiyinin nəticəsidir. Məşhur atalar məsəli “Karın könlündəki”ndə olduğu kimi. Düzdür, müharibə xəbəri heç bir xalqın arzusu, diləyi olmamalıdır. Lakin babalarının yadigarı və əmanəti olan, dilbər guşələri amansız düşmənin tapdığı altında inləyən bir vətənin igid oğulları üçün bu xəbər təbii bir həyəcanla qarşılanmalıdır və qarşılanır da. Müəllif ideyalarının daşıyıcısı olan Murad müəllimin bu xəbəri qarşılaması 30 ilə yaxın müddətdə bir xalqın münaqişənin sülh yolu ilə mümkün olmadığını anladığı andan gözlədiyi günün gəldiyi xəbərinin qarşılanmasıdır. Müəllif bu sevinc və təəssüf dolu həyəcanı bədii sözün gücüylə ifadə etməyə qadir olmuşdur: “Telefon dəstəyini götürməyi ilə həyəcanla qışqırmağı bir oldu: - Nə? Nə dedin? Müharibə başlandı?! Axır ki, … Televizordan eşitdin? Müharibə sözü adama ruh verir. Müharibədə qəhrəmanlıq var, müharibədə vətən torpaqlarını azad etmək var…Hərbi biletim, hə, biletim gərək ki, kitab rəfindədir. Bax gör biletim ordadır?”. Müharibə xəbərini eşidən kimi hərbi biletini axtarmağı yoldaşına tapşıran Murad müəllim ön cəbhəyə yola düşmək fikrində də qətidir. Adi həyatda qarışqanı belə tapdalamağa ürəyi gəlməyən Murad müəllim müharibənin qanunlarına əsasən düşmənə aman verməyi acizlikəlaməti, daha doğrusu vətənə xəyanət hesab edir.“Xalqın kədəri mənim kədərimdir” - fikrində olan Murad müəllim də, Şəmil müəllim də Xocalı faciəsini, Qarabağ dərdinihər an, hər saniyə içlərində yaşadıqlarındanbu acı onlarçün hər zaman təzədir, sağalmayan bir yara kimidir. Bu yaraya məlhəm isə ədalətin bərpa olunması və vətən torpaqlarının geri qaytarılmasıdır.Dərs dediyi tələbələri də vətənpərvər, millət, dil sevgisi ilə tərbiyə edən Murad müəllim onları vətən yolunda hər an canını qurban verməyə hazır olan milli qəhrəmanlar kimi yetişdirir. Murad müəllim çox doğru olaraq bu qənaətdədir ki, bütün xalqı, milləti qəhrəman səviyyəsinə yüksəltmək müəllim və pedaqoqların başlıca vəzifəsi olmalıdır.Müəllif “Xocalının bizə nə dəxli?” –deyərəkövladına toy şənliyi keçirən insanları qınaq obyektinə çevirir və o insanların vətən torpağında yaşamağa, onun havasını udub, suyunu içməyə mənəvi haqqı olmadığı fikrini ifadə edir.Professor Akif İmanlının 2013-cü ildə nəşr olunmuş hekayələr toplusunu bu hekayənin adı ilə adlandırması da, fikrimcə, təsadüfi deyil.
Son olaraq onu qeyd etmək istərdim ki, Naxçıvan ədəbi mühitinin iki tanınmış nümayəndəsinin ictimai əhəmiyyətli hər iki kiçikhəcmli nəsr əsərində bütöv Azərbaycan dərdlərindən, Qarabağ və Xocalı faciəsinin ağrı-acılarından böyük ürək yanğısı ilə bəhs olunur və Qələbə gününə dərin inam hissi ifadə olunur. Biz də hər bir ürəyi vətən sevgisiylə döyünən sadə vətəndaş kimi Ali Baş Komandanımızın rəhbərliyi ilə əks-hücum əməliyyatında iştirak edən bütün hərbiçilərimizə yeni zəfərlər arzulayır və ulu Tanrıdan onları qorumasını diləyirik!!!
AYGÜN ORUCOVA, filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi
Baxış sayı: 781
Bölməyə aid digər xəbərlər
Tarix: 30-10-2020 23:23 | Bölmə: Gündəm
Hər bir xalqın bədii ədəbiyyatı onun həyatının güzgüsü, arzu və istəklərinin obrazlı ifadəsidir. Mütərəqqi ədəbiyyat çox zaman mənsub olduğu xalqın həyatının əks etdirməklə kifayətlənməyib, onun inkişafını əngəlləyən səbəblərə, problemlərə işıq salaraq onların aradan qaldırılması yollarını göstərərək bədii sözlə mübarizə meydanına atılır. Qələmlə mübarizənin ən mükəmməl nümunələrini Azərbaycan ədəbiyyatının istənilən mərhələsində ədiblərimiz yaratmışlar. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinə gedən yol o dövrün bədii ədəbiyyatından və mübariz satirik “Molla Nəsrəddin” jurnalından keçmiş, ikinci dəfə Azərbaycanın SSRİ-nin tərkibindən ayrılması yenə1980-90-cı illərin istiqlal şairlərinin və ədiblərinin yaradıcılıqlarının təsiri ilə baş vermişdi. Qətiyyətlə demək olar ki, sentyabr ayının 27-dən ermənilərin başladığı ağır artilleriya atəşlərinin qarşısını almaq məqsədilə edilən əks-hücumlarda qazandığımız zəfərləri tarixin səhifələrinə qeyd etdiyimiz bu gün müstəqillik dövrü ədəbiyyatımızın bütün ədəbi növ və janrlarının qəhrəmanlarının vətənlə bağlı yeganə arzusu olmuşdur. Düşmən tapdağı altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması, Şəhidlərimizin qanının yerdə qalmaması, onların nigaran ruhlarının rahatlıq tapması damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşın olduğu kimi, hər bir ədəbi qəhrəmanın da ürəyinin diktə etdikləri olmuşdur. Fikrimizi təsdiq üçün Azərbaycan ədəbiyyatının müstəqillik dövründən yetəri sayda bədii nümunələrin adlarını qeyd edə bilərik. Lakin bu dövrün ədəbi nəsrinin iki tanınmış nümayəndəsinin iki hekayəsi ətrafında fikirlərimi bölüşmək istərdim. Bu əsərlərdən birincisi Azərbaycanın “Xalq yazıçısı” Hüseyn İbrahimovun (1919-2008) yaradıcılığının müstəqillik dövrü mərhələsinin şah əsəri “Ata, qız və bostonlu Franklin” hekayəsi və Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri doktoru, professorAkif İmanlının (1948)“Müharibə başlandı” novellasıdır.Ədəbi yaradıcılığa 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə çap olunan “O, düşməndə qoymadı anasının qanını” adlı şeiri ilə başlayanHüseyn İbrahimovun “Azərbaycan ədəbiyyatının hekayələrdən düzəldilmiş nəhəng boyunbağısına bəxş etdiyi mirvarilər” (Akademik İsaHəbibbəyli)içərisində müstəqillik dövrünün gerçəkliklərini ifadə edən “Ata, qız və bostonlu Franklin” hekayəsi Xalq yazıçısının hekayə yaradıcılığında çatdığı ən yüksək zirvədir. Bir deyil, bir neçə ictimai-siyasi, mənəvi-əxlaqi mətləblərə (məcburi köçkünlük, ailə başçılarının itirilməsisəbəbindən maddi keçinməzlik, başqalarına əl açmağa məcbur qalınma, dünyada aparılan dırnaqarası siyasi islahatlar, vətənpərvərlik, halallıq, məişət çətinlikləri, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması zərurəti və s.) toxunulan bu kiçikhəcmli hekayədə həm əsl ziyalı-pedaqoq, həm də əsl vətəndaş obrazı yaradılmışdır. Məktəbi özünə doğma ocaq, ev, şagirdlərini isə həqiqi övladlar hesab edən Kamran müəllim bütün həyatını gələcəyimiz olan şagirdlərə elm öyrətmək yolunda fəda etməyi özünə şərəf bilən, maddi çətinliklərin tədris prosesini ləngitməyinə imkan verməyən, yaltaqlıq və mədhiyyəçilik kimi mənfi mənəvi keyfiyyətləri yaxına qoymayan, şagirdi Nurtəkinin rüşvət təklifindən mənəvi sarsıntı keçirən bir qəhrəmandır. Onun ən başlıca keyfiyyəti vətəni Azəırbaycanı sonsuz məhəbbətlə sevməyi və onun dərdini öz ürəyində daim hiss etməyidir. Belə ki, Kamran müəllimin fikrincə, torpaqları, “qız-gəlinləri, körpələri düşmən əsarətində olan, irz-namusu düşmən tərəfindən tapdalanmış bir xalqın, Prezidentindən tutmuş xadiməsinə kimi deyib-gülməyə, şənlənib-şadlanmağa haqqı yoxdur”. Şəhidlərimizin qisası alınacaq böyük intiqam gününü görməmiş Kamran müəllim canını Əzrayıla belə təslim etmək istəmir: “Bütün gücünü toplayıb əvvəlki sözünü təkrar etdi: “Yoxsa ölürsən, Kamran?!” Birdən elə bil səsi gücləndi: “Yox, yox!.. Sənin ölməyə haqqın yoxdu! Axı sənin hələ görməli günlərin qabaqdadı.. Sən böyük İntiqam gününü görməlisən... Şəhid cavanlarımızın, gözləri çıxarılan körpələrimizin, başı kəsilən qocalarımızın, namusu tapdalanan qız-gəlinlərimizin intiqamı alınacaq o günü görməlisən... Ölmə, Kamran, ölmə!””. Həyat yoldaşı itgin düşmüş, özü ilə balaca qız uşağını keçindirmək üçün dilənməyə məcbur qalan cavan gəlini görəndə ildırım vurmuş kimi silkələnən, dili tutulan, ehtiyat üçün yığdığı pulu sonuna qədər bu gəlinə versə də: “Qızım, çalış bir yerdə işlə ... bizim millətə dilənmək yaraşmır” - deməsi də Kamran müəllimin vətənin ağrısı, acısını öz şəxsi kədəri kimi görməyinin nəticəsidir. Haqqında bəhs etmək istədiyim digər əsər isə 20 il bundan öncə qələmə alınmış Akif İmanlının “Müharibə başlandı” novellasıdır. Əsərin baş qəhrəmanı Murad müəllim vətənpərvər və açıqsözlü, son dərəcə mədəni, düşmənə nifrət edən, itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün müharibəyə qoşulmağa hər an hazır olan bir ziyalı obrazı kimi elə müəllif ideyalarının daşıyıcısıdır. Əsər həm gözlənilməz nəticə ilə qurtarması, həm də maraqlı süjet xəttilə seçiləndir. Düşmən onun xalqına qarşı necə amansızdırsa, Murad müəllim də eyni dərəcədə amansız olmaq gərəkdiyini düşünür. Əsərin əvvəlində həyat yoldaşı Xədicənin telefon zənginə cavab verən Murad sonda da həmin telefon zəngini bitirir. Bütün hekayənin əhvalatları, hadisələri də bu telefon zəngində nəql olunur. Xədicə xanımın tamamilə başqa məzmunda olan xəbərini müharibənin başlanması xəbəri kimi eşitməsi Murad müəllimin uzun zamandan bəri bu xəbəri gözlədiyinin nəticəsidir. Məşhur atalar məsəli “Karın könlündəki”ndə olduğu kimi. Düzdür, müharibə xəbəri heç bir xalqın arzusu, diləyi olmamalıdır. Lakin babalarının yadigarı və əmanəti olan, dilbər guşələri amansız düşmənin tapdığı altında inləyən bir vətənin igid oğulları üçün bu xəbər təbii bir həyəcanla qarşılanmalıdır və qarşılanır da. Müəllif ideyalarının daşıyıcısı olan Murad müəllimin bu xəbəri qarşılaması 30 ilə yaxın müddətdə bir xalqın münaqişənin sülh yolu ilə mümkün olmadığını anladığı andan gözlədiyi günün gəldiyi xəbərinin qarşılanmasıdır. Müəllif bu sevinc və təəssüf dolu həyəcanı bədii sözün gücüylə ifadə etməyə qadir olmuşdur: “Telefon dəstəyini götürməyi ilə həyəcanla qışqırmağı bir oldu: - Nə? Nə dedin? Müharibə başlandı?! Axır ki, … Televizordan eşitdin? Müharibə sözü adama ruh verir. Müharibədə qəhrəmanlıq var, müharibədə vətən torpaqlarını azad etmək var…Hərbi biletim, hə, biletim gərək ki, kitab rəfindədir. Bax gör biletim ordadır?”. Müharibə xəbərini eşidən kimi hərbi biletini axtarmağı yoldaşına tapşıran Murad müəllim ön cəbhəyə yola düşmək fikrində də qətidir. Adi həyatda qarışqanı belə tapdalamağa ürəyi gəlməyən Murad müəllim müharibənin qanunlarına əsasən düşmənə aman verməyi acizlikəlaməti, daha doğrusu vətənə xəyanət hesab edir.“Xalqın kədəri mənim kədərimdir” - fikrində olan Murad müəllim də, Şəmil müəllim də Xocalı faciəsini, Qarabağ dərdinihər an, hər saniyə içlərində yaşadıqlarındanbu acı onlarçün hər zaman təzədir, sağalmayan bir yara kimidir. Bu yaraya məlhəm isə ədalətin bərpa olunması və vətən torpaqlarının geri qaytarılmasıdır.Dərs dediyi tələbələri də vətənpərvər, millət, dil sevgisi ilə tərbiyə edən Murad müəllim onları vətən yolunda hər an canını qurban verməyə hazır olan milli qəhrəmanlar kimi yetişdirir. Murad müəllim çox doğru olaraq bu qənaətdədir ki, bütün xalqı, milləti qəhrəman səviyyəsinə yüksəltmək müəllim və pedaqoqların başlıca vəzifəsi olmalıdır.Müəllif “Xocalının bizə nə dəxli?” –deyərəkövladına toy şənliyi keçirən insanları qınaq obyektinə çevirir və o insanların vətən torpağında yaşamağa, onun havasını udub, suyunu içməyə mənəvi haqqı olmadığı fikrini ifadə edir.Professor Akif İmanlının 2013-cü ildə nəşr olunmuş hekayələr toplusunu bu hekayənin adı ilə adlandırması da, fikrimcə, təsadüfi deyil.
Son olaraq onu qeyd etmək istərdim ki, Naxçıvan ədəbi mühitinin iki tanınmış nümayəndəsinin ictimai əhəmiyyətli hər iki kiçikhəcmli nəsr əsərində bütöv Azərbaycan dərdlərindən, Qarabağ və Xocalı faciəsinin ağrı-acılarından böyük ürək yanğısı ilə bəhs olunur və Qələbə gününə dərin inam hissi ifadə olunur. Biz də hər bir ürəyi vətən sevgisiylə döyünən sadə vətəndaş kimi Ali Baş Komandanımızın rəhbərliyi ilə əks-hücum əməliyyatında iştirak edən bütün hərbiçilərimizə yeni zəfərlər arzulayır və ulu Tanrıdan onları qorumasını diləyirik!!!
AYGÜN ORUCOVA, filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi
Baxış sayı: 781
Bölməyə aid digər xəbərlər
13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib













