Bütün xəbərlər
Ali Rada Prezidentin impiçmenti haqqında qanunu qəbul etdi
Tarix: 10-09-2019 17:20 | Bölmə: Dünya

                          Ali Rada Prezidentin impiçmenti haqqında qanunu qəbul etdi


Ukrayna Ali Radasının bu gün keçirilən sessiyasında “Ukrayna Prezidentinin vəzifəsindən uzaqlaşdırılmasına dair xüsusi prosedur (impiçment) haqqında”  1012 saylı qanun layihəsini birinci oxunuşda qəbul edib.
“Qafqazinfo”nun “112 Ukraina” portalına istinadən verdiyi xəbərə görə, Prezident Vladimir Zelenski tərəfindən təklif olunan qanun layihəsinin lehinə 245 deputat səs verib.
Sənədə əsasən, parlament prezident tərəfindən törədilən dövlətə xəyanət və ya digər cinayət faktlarının araşdırılması üçün xüsusi müvəqqəti istintaq komissiyası yaradacaq. 
Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.
Həmçinin, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır.
Ali Rada prezidenti ittiham etmək qərarına gəldikdən sonra parlament prezidentin hərəkətlərinin hüquqi keyfiyyətləri və onun hərəkətlərində cinayət əlamətlərinin olub- olmadığını araşdırmaq və dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması barədə qərarın verilməsi üçün Konstitusiya və Ali məhkəməyə müraciət edəcək.
Qərar 3/4 deputat tərəfindən dəstəklənsə qəbul edilmiş sayılır.
Rada impiçment haqqında qərarı qəbul etmədiyi təqdirdə, spiker parlament adından dövlət başçısından üzr istəməli olacaq.
Xatırladaq ki, V. Zelenski prezident seçkiləri kampaniyası dövründə Ukrayna Prezidentinin impiçmenti haqqında qanunun qəbul olunacağını vəd etmişdi.



Baxış sayı: 587


Bölməyə aid digər xəbərlər