Bütün xəbərlər
Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etmək istəyir
Tarix: 22-08-2019 01:18 | Bölmə: Dünya

                            

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində doğulan ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv etmək istəyir.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” ABŞ liderinin çıxışına istinadən məlumat verib.
“Biz buna ciddi yanaşırıq ”-deyə o bildirib.
Qeyd edək ki, cari ilin 15 oktyabr tarixindən başlayaraq, özlərini təmin edə bilməyən şəxslər ABŞ-da daimi yaşayış və iş hüququ əldə edə bilməyəcək.
Ağ Ev qeyd edib ki, yeniliklər Amerika vergi ödəyicilərini və həqiqətən dövlət köməyinə ehtiyacı olan vətəndaşları qoruyacaq.



Baxış sayı: 542


Bölməyə aid digər xəbərlər