Bütün xəbərlər
Sabiq prezidentin xanımına cinayət işi açıldı
Tarix: 17-08-2019 02:12 | Bölmə: Dünya
       

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həyat yoldaşını da həbs təhlükəsi gözləyir. 
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Almazbek Atambayevin  xanımı Raisa Atambayevaya qarşı cinayət işi başlanılıb.
Məlumata görə,  Raisa Atambayeva hakimlərə təzyiq göstərməkdə ittiham olunur.
Ona qarşı irəli sürülən ittihamla razılaşmayan R.Atambayeva bildirib ki, o heç vaxt siyasətə qarışmayıb və hakimlərə hər hansı təzyiq göstərməyib.
Qeyd edək ki, sabiq prezident A.Atambayevin özü adam öldürmə, kütləvi iğtişaş təşkil etmə, adam öldürməyə cəhd, girov götürmə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.



Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər