Bütün xəbərlər
Danimarkada 10 yaşlı azərbaycanlı qız qürur yaşadıb - FOTO
Tarix: 14-08-2019 01:55 | Bölmə: Dünya
                             

10 yaşlı azərbaycanlı qız Danimarkanın çempionu olub. Diaspor üzrə ekspert Elnur Eltürkün Modern.az-a verdiyi məlumata görə, 10 yaşlı azərbaycanlı Nuriyə Sona İlhan Danimarka Krallığında keçirilən bədii gimnastika üzrə çempionatın qalibi olub. Nuriyə Sona İlhan 22 fevral 2009-cu ildə Danimarka Krallığında anadan olub. Onun anası Zülfiyyə Tağiyeva Nuriyənin çox kiçik yaşlarından bədii gimnastikaya böyük marağı olduğunu görub, bu idman növünə yazdırıb. 
                           
Nuriyə 5 yaşından bədii gimnastika məşqlərinə başlayıb. Məşqçilər Emilie Blixenkrone Norby Madsen, Amalieh Wiberg, Elisabeth Grube və Anna Camilla Knutzen Nuriyənin bu idman növündə çox böyük zəhmətləri keçib. O Azərbaycana tez-tez qonaq gəlir və ölkəmiz haqqında böyük məlumatı var. Nuriyə Azərbaycana qonaq gəldiyi zaman da məşqini davam etdirir. Burada Azərbaycan Respublikasının əməkdar məşqçi Nurlana Əlizadə Nuriyədə bədii gimnastikaya daha da böyük maraq yaradıb və ondan çox şeyləri öyrəmib. Nəticədə Danimarka və Azərbaycan məşqçilərinin səyi və bacarığı sayəsində qızıl medala nail olub. 10 yaşlı Nuriyə Greve Gymnastik og Trampolin ve RSG klublarinin üzvüdür. 10 qızdan təşkil olunmuş qrupun adı ”Vivanit”dir,  və son 3 ildə bu qrup Danimarka çempionu olub. Nuriyə tək çıxışa 2018 -ci ildə başlayıb və 2019-cu ilin Danimarka çempionu adını qazanıb. Azərbaycanlı qızın Danimarka çempionu olması vətən üçün bir qürurdur. İnanırıq ki, bir gün Nuriyə Azərbaycan bayrağını bu idman növü üzrə başı üzərində çempion kimi qaldıracaq.





Baxış sayı: 976


Bölməyə aid digər xəbərlər