Bütün xəbərlər
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri: Mənim səhvimdir, istefaya getməliyəm
Tarix: 08-08-2019 16:12 | Bölmə: Dünya

                              


Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev istefa verməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə o, bu açıqlamanı ölkə parlamentinin bu gün çağırılmış növbədənkənar iclasında verib.
O.Opumbayev bildirib ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin saxlanması üçün təşkil edilmiş əməliyyatın uğursuz olması onun səhvidir.
Ölkə prezidenti Sooronbay Jeenbekov isə O.Opumbayevin istefa qərarını qəbul etmək niyyətində olmadığını deyib.
Eyni zamanda A.Atambayevin tərəfdarları əməliyyat zamanı ələ keçirilmiş yaralı xüsusi təyinatlıların buraxıldığını bildirib. Qeyd olunur ki, 6 xüsusi təyinatlı tibbi müayinədən keçirildikdən sonra hökumətə təhvil verilib.
Qeyd edək ki, otən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.
Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.
Bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.
2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.



Baxış sayı: 564


Bölməyə aid digər xəbərlər