Bütün xəbərlər
Türkmənistan prezidentindən yeni xəbər: Böyrək çatışmazlığından...
Tarix: 29-07-2019 14:30 | Bölmə: Dünya

                   

Adının açıqlanmasını istəməyən bir Türkmənistan rəsmisi “Euronews”-a Prezident Qurbanqulu Berdiməhəmmədovun böyrək çatışmazlığından vəfat etdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, Türkmənistanın Rusiyadakı səfirliyindən TASS agentliyinə verilən açıqlamada Qurbanqulu Berdiməhəmmədovun öldüyü xəbəri təkzib edilsə də, dövlət başçısının iyulun 15-dən harada olduğuna dair xəbər yoxdur.
Axırıncı dəfə iyulun 15-də kameralar qarşısına çıxan Qurbanqulu Berdiməhəmmədov nəvələri ilə görüntülənmiş və kitab yazmaq üçün tətilə çıxacağını elan etmişdi.
Türkmən liderə yaxınlığı ilə tanınan bəzi iş adamları da Rusiya mediasına onun öldüyü barədə xəbər vermişdilər.
Əlavə edək ki, Türkmənbaşı adı ilə tanınan mərhum prezident Saparmurad Niyazovun 2006-cı ildə həftələrlə mediada dolaşan ölüm xəbərə əvvəlcə təkzib olunsa da, sonradan verilən rəsmi açıqlama ilə təsdiq olunmuşdu.



Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər