Bütün xəbərlər
Keşikçidağdakı insidentlə bağlı araşdırma başlayıb
Tarix: 18-07-2019 23:57 | Bölmə: Dünya
                             

"Tərəflər iyulun 14-də baş verən insidentin təkrarlanmasına imkan verməyəcəklər və biz ziyarətçilərin Keşikçidağ tarixi məbədini ziyarət edə biləcəklərinə ümid edirik".
Modern.az  APA-ya istinadən xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirinin müavini Laşa Darsalia belə deyib. 
O, bildirib ki, komissiya öz işini strateji tərəfdaşlıq ruhu çərçivəsində başa çatdıracaq.
"Azərbaycanlı həmkarlarımızla birlikdə dövlət sərhədlərinin delimitasiyası strateji tərəfdaşlıq ruhu çərçivəsində başa çatacaq. Dövlət sərhədlərinin delimitasiyası üzrə Gürcüstanın hökmət komissiyası Keşikçidağ məbəd kompleksi ətrafında baş verən hadisələrə görə narahatdır. Bəzi pisniyyətli qruplar provokasiya yaratmağa cəhd edirlər. Gürcüstan tərəfi bənzər provokasiyaları qınayır. Biz bir çox hallarda bunun provokativ qüvvələr tərəfindən törədildiyini görürük. Bu səbəbdən hər iki tərəfin sərhədçiləri öz hüquq və vəzifələrini yerinə yetirərkən son dərəcə diqqətlə hərəkət edirlər",- deyə Laşa Darsalia bildirib. 
Nazir müavini qeyd edib ki, iyulun 14-də Keşikçidağ məbədi yaxınlığında baş vermiş insidentlə bağlı araşdırma başlayıb və faktlar detallı şəkildə öyrəniləcək.



Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər