Bütün xəbərlər
Prezidenti təhqir edən jurnalist işdən QOVULDU
Tarix: 08-07-2019 20:00 | Bölmə: Dünya
                

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.
Qərara əsasən, G.Gabuniaya qarşı tətbiq olunan məhdidiyyət onun müəllifi və aparıcısı olduğu bütün proqramlara şamil olunub.
Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olub.



Baxış sayı: 712


Bölməyə aid digər xəbərlər