Bütün xəbərlər
Kanada Nikaraqua prezidentinin ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib
Tarix: 22-06-2019 10:27 | Bölmə: Dünya

                                  

Kanada hökuməti Nikaraqua rəhbərliyində təmsil olunan bəzi rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Xristi Friland bildirib.
Qeyd edilir ki, sanksiyaların tətbiq edildiyi şəxslər arasında Nikaraqua prezidenti Daniel Orteqanın həyat yoldaşı və oğlu da var.
"Nikaraquada insanın hüquqların pozulması cəzasız qalmaqda davam edə bilməz", - deyə kanadalı nazir bildirib. Onun sözlərinə görə, Nikaraqua hökuməti öz hərəkətləri üçün məsuliyyət daşımalı və böhrana "müxalifət qruplar ilə real dialoq" yolu ilə qalib gəlməlidir.
Bəyanatda qeyd edilir ki, sanksiyalar siyahısına doqquz nəfərin - prezidentin xanımı Rosario Murilonun, dövlət başçısının oğlu Laureano Orteqanın, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Monkada Launun, Nikaraqua Milli Məclisinin sədri Qustavo Porras Kortesin və başqalarının adları salınıb. 



Baxış sayı: 650


Bölməyə aid digər xəbərlər