Bütün xəbərlər
“Bakıdakı qız qalası” 486 min manata satıldı
Tarix: 06-06-2019 19:55 | Bölmə: Dünya
“Bakıdakı qız qalası” 486 min manata satıldı


1818-1884-cü ildə yaşamış alman rəssam Paul Von Frankenin “Bakıdakı qız qalası” adlı tablosu 225 min funt sterlinqə (486 min 484 manat) satılıb.
Axşam.az xəbər verir ki, “Sothebys” hərracında satışa çıxarılan rəsm əsərinin qiyməti 60 min funt sterlinqdən başlayıb.
Rəssam tabloda həmin dövrlərdə sahil kənarında yerləşən Qız qalasını və onun ətrafındakı əhalini təsvir edib.
Qeyd edək ki, əsərin kimin tərəfindən alınması barədə məlumat verilməyib.



Baxış sayı: 618


Bölməyə aid digər xəbərlər