Bütün xəbərlər
ABŞ-da həkim ağrıkəsici ilə 25 xəstənin canını aldı
Tarix: 06-06-2019 11:18 | Bölmə: Dünya



ABŞ-ın Ohayo ştatından olan həkim Uilyam Hyuzelə qarşı ağrıkəsicinin dozasını qəsdən artırmaq yolu ilə 25 nəfəri öldürməkdə ittiham irəli sürülüb.
Oxu.Az bildirir ki, bu barədə Associated Press yazır.
Agentliyin məlumatına əsasən, qətlin bir hissəsi Hyuzelin göstərişi ilə digər həkimlər tərəfindən həyata keçirilib, lakin onlar məsuliyyətə cəlb olunmayıblar.
Bildirilir ki, xəstələr 2015-2018-ci illər arasında öldürülüblər. Qətlə yetirilənlərin əksəriyyəti ağciyərin süni ventilyasiyası apparatına qoşulmuş olublar və pallitiv kömək alırdılar.






Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər