Bütün xəbərlər
Kiprdə zəhərli göldə manyakın növbəti qurbanı tapıldı
Tarix: 05-06-2019 12:23 | Bölmə: Dünya



Kiprin paytaxtı Nikosiyadan 28 km aralıda olan zəhərli göldən seriyalı qatilin növbəti qurbanı tapıb çıxarılıb.
Yerli polisə istinadən bu haqda “Cyprus Mail” xəbər verir.
Bu ilin aprelində Mitsero kəndində şaxtaya atılmış iki qadın meyiti tapılıb. Polis tez bir zamanda qatili tapa bilib: onun 35-yaşlı hərbi qulluqçu olduğu bildirilir.
Qatilin müxtəlif vaxtlarda beş qadını və iki uşağı öldürdüyü ehtimal olunur. Qurbanların hamısı xarici vətəndaşdır.
Onların meyitləri atılan şaxtada və onun yanındakı zəhərli göldə tapılıb.
Oxu.az



Baxış sayı: 694


Bölməyə aid digər xəbərlər