Bütün xəbərlər
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru azadlığa buraxılıb
Tarix: 31-05-2019 16:15 | Bölmə: Dünya

                                     

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsinin sabiq qubernatoru (2008-2013) David Kirkitadze azadlığa buraxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Qurcaani Rayon Məhkəməsi qərar qəbul edib.
Prokuror keçmiş qubernatorun iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan D.Kirkitadze məhkəmə iclasında günahını etiraf edib və üzr istəyib. O, polisə hörmət etdiyini deyib.
Qeyd edək ki, D.Kirkitadze vəzifə borcunu yerinə yetirən polis əməkdaşına hücum, fiziki təzyiq və polis nəqliyyat vasitəsinə zərərvurmada ittiham olunub. 



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər