Bütün xəbərlər
Dünyanın ən kök insanı çəkisini 100 kq da artırıb - Sevgilisindən ayrıldığına görə
Tarix: 23-05-2019 22:30 | Bölmə: Dünya

                      


2014-cü ildə "Ginnes" rekordlar kitabına düşən dünyanın ən kök insanı britaniyalı Pol Meyson bu il çəkisini daha 100 kiloqram artırıb.
Trend-in məlumatına görə, buna səbəb 59 yaşlı Suffolka sakininin sevgilisindən ayrılması olub.
2014-cü ildə 445 kiloqram çəkiyə malik kişi bir müddət sonra əməliyyat olunur və 324 kq-a düşür. Sevgilisi ilə ayrıldıqdan sonra daha 100 kiloqram kökələn Pol Meyson bunu keçirdiyi stres nəticəsində iştah qabiliyyətinin artması ilə izah edib.
Hazırda onun çəkisi 420 kiloqramı keçib.



Baxış sayı: 834


Bölməyə aid digər xəbərlər