14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Alimlər “axirətdən gəlmiş” quş aşkarladı
Tarix: 11-05-2019 13:51 | Bölmə: Dünya



Portsmut Universitetinin tədqiqatçıları Seyşel adalarında on minlərlə il əvvəl yoxa çıxmış küvyer (Dryolimnas cuviere) növündən olan quşun izlərini aşkarlayıb.
Zoological Journal of the Linnean Society”nin yazdığına görə  ağboğazlılar fəsiləsindən olan küvyer Aldabra atolunda (mərcan adasında-red) yaşayıb. Quşun toyuq ölçüsündə olduğu bildirilir.
Buna qədər zooloqlar adanın sualtında qalan zaman uça bilmədikləri üçün bu növdən olan bütün quşların məhv olduğunu güman edirdi.
Təxminən, 100 min il əvvəl adanın su səviyyəsi aşağı düşüb və mərcan adası yenidən səthə çıxıb. Bu yaxınlarda tədqiqatçılar onda çoxdan nəsli kəsilmiş quşun “təzə” izlərini aşkarlayıb.
Britaniyalı tədqiqatçılar bunu iterativ təkamüllə izah edir. 
Fərziyyəyə görə, eyni növdən olan nümayəndələr ayrı-ayrı vaxtlarda eyni əcdaddan təkamül edə bilər.
Alimlər iddia edir ki, adanın suyun səthinə qalxmasından sonra, küvyerlərin ulu əcdadından olan quş atola gələrək, bir daha uça bilməyən quşa təkamül edib.



Baxış sayı: 717


Bölməyə aid digər xəbərlər