14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Deputat: Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb
Tarix: 08-05-2019 12:33 | Bölmə: Dünya

                              


Ermənistan strateji təhlükəli dərəcədə boşalıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkə parlamentinin deputatı Arman Babacanyan deyib.
O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir:
“Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədə getməyə vadar edir. Miqrasiya “qeyri-real müharibə”dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər”.
Statistik məlumatlara əsasən, 2019-cu il aprelin 1-dək Ermənistan əhalisi 2,962 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər azdır.



Baxış sayı: 546


Bölməyə aid digər xəbərlər