14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Kiyev dairə məhkəməsi Ukraynanın fəaliyyətdə olan Prezidentinə qarşı iddia qaldırıb
Tarix: 23-04-2019 15:28 | Bölmə: Dünya

                                      


Kiyev dairə məhkəməsi Ukraynanın fəaliyyətdə olan Prezidenti Petro Poroşenkoya qarşı iddia qaldırıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı məhkəmənin mətbuat xidməti yayıb.
Bildirilib ki, məhkəmə dövlət başçısını hakim təyinatında fəaliyyətsizlikdə ittiham edərək, buna görə maddi ziyanın ödənilməsi iddiasını irəli sürüb. Bu məsələ Ukrayna Ali Məhkəməsinin İnzibati Kassasiya məhkəməsində dinləniləcək.
Qeyd edək ki, aprelin 21-də Ukrayna prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,23 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. 



Baxış sayı: 587


Bölməyə aid digər xəbərlər