20:16 / 27-08-2026
Turist dağlarda azıb
Bütün xəbərlər
Batmış bərədə ən azı altı nəfər ölüb
Tarix: 30-08-2026 17:17 | Bölmə: Dünya


Kipr sahillərində batmış bərədə ən azı altı nəfər ölüb, 172 nəfər xilas edilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə tanınmamış Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Ustel məlumat verib.
Hadisə 30 avqust bazar günü baş verib.FiloJet katamaran bərəsi Girne (Kirne) limanından Mersin əyalətindəki Türkiyənin Tasucu şəhərinə gedirdi. Şimali Kipr sahillərindən təxminən dörd mil aralıda gəmi suya girməyə başlayıb və çevrilib.
Gəmidə 267 nəfərin olduğu hadisə nəticəsində 172 nəfər xilas edilib, lakin altı nəfər ölüb.
USTEL TELEVİZİYA KANALI "TRT HABER"Ə BİLDİRİB.
O, əlavə edib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
Rusiya səfirliyi çevrilmiş bərənin göyərtəsində Rusiya vətəndaşlarının olub-olmadığı barədə təsdiqlənmiş məlumata malik olmadığını bildirib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
24-08-2026, 17:53 Alman milyarder vəfat etdi