17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
Tarix: 26-08-2026 18:07 | Bölmə: Dünya


Nepal hakimiyyəti Şimali Nepalı vuran qəfil daşqınlarda yaxalanan böyük bir xarici turist qrupu ilə əlaqə saxlaya bilmir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Himalay Respublikasının Turizm Şurası məlumat verib.
Bunların arasında 291 xarici turist və 93 nepallı var.Onların harada olduğu barədə hələlik məlumat yoxdur.
İtkin düşənlər arasında ən azı 105 hindistanlı var.
Rusiyadan itkin düşən turistlər barədə məlumat verilməyib.
Daha əvvəl Nepalda Yalung Ri zirvəsi yaxınlığında baş verən qar uçqunu nəticəsində yeddi alpinist həlak olub, daha dördü isə hələ də itkin düşüb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
24-08-2026, 17:53 Alman milyarder vəfat etdi