18:47 / 23-08-2026
İranda bir kişi edam edildi
Bütün xəbərlər
Əraqçi: "İran ABŞ sanksiyalarına necə müqavimət göstərəcəyini bilir, çünki bu təkrarlanan ssenaridir"
Tarix: 23-08-2026 20:31 | Bölmə: Dünya


İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqton tərəfindən tətbiq edilən yeni iqtisadi məhdudiyyətlər paketi ilə bağlı şərh verib.
  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatik  rəhbərin sözlərinə görə, Tehran ilk dəfədir ki, belə bir təzyiqlə üzləşmir və effektiv əks tədbirlər hazırlayıb.
"Trampın bəhs etdiyi iqtisadi sanksiyalar təkrarlanan ssenari və Amerika siyasətinin eyni tanış kobudluğudur. Əslində, bu, əvvəllər dəfələrlə izlədiyimiz bir filmdir və biz bununla necə mübarizə aparacağımızı bilirik".
Əraqçi JAMARAN AGENTLİYİ İLƏ MÜSAHİBƏDƏ BİLDİRİB.
O, Vaşinqtonun yeni sanksiya kampaniyasının əvvəlki bütün kampaniyalar kimi uğursuz olacağını və ABŞ-ın hərəkətlərinin yalnız çarəsizliyi nümayiş etdirdiyini vurğulayıb. Nazirin sözlərinə görə, vəziyyətdən yeganə çıxış yolu "İran xalqı ilə hörmətlə dialoq aparmaqdır".
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı görünməmiş "iqtisadi müharibə və təcrid"in başlandığını elan etmiş və Tehranı dəstəkləyən hər hansı bir ölkə üçün ciddi nəticələrlə hədələmişdi.Buna cavab olaraq İran Xarici İşlər Nazirliyi artıq Vaşinqtonun siyasətini "iqtisadi terrorizm və insanlığa qarşı cinayət" adlandırmış, sanksiyaları hazırlayan və tətbiq edənlərin cəzalandırılmasını tələb etmişdir.Tramp həmçinin İranla iqtisadi müharibəyə keçidin hərbi variantlardan imtina demək olmadığını da aydınlaşdırmışdır.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər