Bütün xəbərlər
Polşada Ukraynalı uşaqlara hücumda şübhəli bilinənlər saxlanılıb
Tarix: 18-08-2026 22:28 | Bölmə: Dünya


 Təhlükəsizlik xidmətləri Polşanın Bıdqoş şəhərində ukraynalı uşaqlara hücum etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilər 46 yaşlı qadın və 34 yaşlı kişidir.
Bıdqoş polisi cümə günü Bıdqoşda baş verən hadisə ilə əlaqədar saxlanılan 46 yaşlı qadına qarşı ittiham irəli sürüb.
SOSIAL MEDİADA Bıdqoş polisi X səhifəsində  məlumat verilib.
Qadın milli şərəfi təhqir etmək, yetkinlik yaşına çatmayan şəxsin şəxsi həyatını pozmaq və əmlaka zərər vurmaqda ittiham olunur.Kişi şahid qismində dindirilib.
14 avqustda Bıdqoş dəmir yolu stansiyasının yaxınlığındakı parkda hücum baş verib. Qurbanlar Ukrayna dilində danışan 14 yaşlı qız və onun 12 yaşlı qardaşı olub. İtlə birlikdə olan cütlük uşaqlara yaxınlaşıb, sonra etnik nifrət zəminində münaqişəyə başlayıb və zorakılıqla hədələyiblər. Hücum edənlər daha sonra uşaqlardan birinin qolunu burub, oyuncağını sındırıb və parçaları oğlana ataraq cızıqlar buraxıblar.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər