Bütün xəbərlər
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti və hakiminə qarşı sanksiyalar tətbiq edib
Tarix: 18-08-2026 21:44 | Bölmə: Dünya


 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane və hakim Abdoulaye Seyə qarşı sanksiyalar tətbiq edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə açıqlama verib.
Nazirliyin açıqlamasında onların adları Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sanksiya siyahısına əlavə edilib.
Akane 2024-cü ildən BCM-ə rəhbərlik edir. 2023-cü ilin mart ayında o, Rusiya prezidenti Vladimir Putinin həbs orderini verən hakimlərdən biri olub.
Daha əvvəl ABŞ Latın Amerikası müttəfiqlərini Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırmışdı.
Beynəlxalq Cinayət Məhkəməsi Donald Tramp administrasiyası tərəfindən dəfələrlə tənqid olunub. ABŞ Roma Statutunun tərəfi deyil və məhkəmənin Amerika vətəndaşları üzərində yurisdiksiyasını tanımır. Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsinin öz yurisdiksiyasını Amerika vətəndaşlarına şamil etmək cəhdlərini qanunsuz hesab edir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər