Bütün xəbərlər
Bərə qəzasında ölənlərin sayı 70-ə çatıb
Tarix: 16-08-2026 09:00 | Bölmə: Dünya


 ZBC-nin polisə istinadən verdiyi məlumata görə, 11 avqustda Zimbabvedə Kariba su anbarında baş verən bərə qəzasında ölənlərin sayı 72-yə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə yerində axtarış-xilasetmə əməliyyatları davam edir, qurbanların cəsədləri müəyyən edilir.
Bərədəki sərnişinlərin dəqiq sayı hələ də məlum deyil, çünki uşaqlara böyüklərin müşayiəti ilə biletsiz bərəyə icazə verilib.
İlkin məlumatlara görə, qəzaya güclü külək və dərinliyi 50 metrdən çox olan suda dalğalanma səbəb olub.Bərədə 160-dan çox insan ola bilərdi, lakin 77 nəfər xilas edilib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər