Bütün xəbərlər
Hərbi fabrikdə partlayış baş verib
Tarix: 10-08-2026 19:23 | Bölmə: Dünya


Bolqarıstanın Tryavna şəhəri yaxınlığındakı silah fabrikindəki sursat anbarında partlayış və yanğın baş verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) yerli hakimiyyət orqanlarının açıqlamasına istinadən məlumat yayıb.
İlkin məlumata görə, partlayışa və yanğına yük maşını alovlanıb. Jurnalistlər əlavə ediblər ki, hadisə yerində ikinci dərəcəli partlayışlar eşidilib.
Tryavna meri Denço Minev yanğınsöndürənlər və polisin hadisə yerinə göndərildiyini bildirib. O, əlavə edib ki, ərazi mühasirəyə alınıb və yerli əhaliyə təcili xəbərdarlıq edilib.
Mümkün itkilər barədə heç bir məlumat verilməyib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər