Bütün xəbərlər
Alman müstəntiqləri Leypsiqdə dronda DNT izləri tapdılar
Tarix: 10-08-2026 17:29 | Bölmə: Dünya


 "Bild"in məlumatına görə, alman müstəntiqləri Leypsiq hava limanında dronla Ukrayna təyyarəsi ilə toqquşduğu yerdə DNT izləri tapıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Jurnalistlərin aydınlaşdırdığına görə, hüquq-mühafizə orqanları hələlik nümunəni konkret bir şəxslə əlaqələndirə bilməyiblər.
Müstəntiqlər DNT izi tapıblar! Avropa DNT məlumat bazasında uyğunluq tapılıb. Bild-in məlumatına görə, tapılan iz 20 iyul 2024-cü ildə Leypsiqdəki DHL logistika mərkəzində baş verən yanğın hadisəsi ilə uyğun gəlir.
Daha əvvəl "Zeit" partlayıcı maddələrlə yüklənmiş dronun Leypsiq hava limanında hərbi yük daşıyan Ukraynanın "An-24" təyyarəsinə çırpıldığını bildirmişdi. Partlayıcı qurğu işə düşə bilmədi, lakin təyyarənin qanadı zədələndi.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt hadisəni "hibrid hücum"un yeni səviyyəsi kimi xarakterizə etdi, lakin istintaq başa çatana qədər tələsik nəticə çıxarmaqdan çəkinməyə çağırdı.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər